Mövzu 8. Əmək haqqı və onun təşkili
8.1. Əmək haqqının sosial-iqtisadi mahiyyəti.
8.2.Nominal və real əmək haqqı.
8.3.Əmək haqqının təşkili prinsipləri və ünsürləri.
8.4.Əmək haqqının (əməyin ödənilməsinin) əsas funksiyaları.
8.5.Əməyin ödənilməsi fondunun planlaşdırılması.
8.1.Əmək haqqının sosial-iqtisadi mahiyyəti
Sosial-əmək münasibətləri sistemində əmək haqqı mühüm yer tutur. Əmək haqqı eyni zamanda ailə təsərrüfatlarında pul yığımı, əhalinin alıcılıq qabiliyyəti, onun ümumi daxili məhsul, milli gəlir, istehsal funksiyası, dövriyyədə olan pul kütləsinin həcmi, əhalinin investisiya imkanlılığı, əhali xərclərinin strukturu, vergi ödəmə qabiliyyəti, potensialı ilə əlaqədardır.
Əmək haqqı yalnız ilk baxışda «əməyin qiyməti» və ya «dəyəri» kimi nəzərə çarpır, həqiqətdə isə iş qüvvəsi dəyərinin pərdələnmiş forması və iş qüvvəsinin qiymətidir.
İş qüvvəsinin əmtəə olmasının əsas müqəddim şərti onun istehlak dəyəri ilə əlaqədardır. əmək prosesi gedişində iş qüvvəsi öz dəyərindən çox dəyər yaradır.
İş qüvvəsinin yaratdığı dəyərdən fərqli olaraq onun öz dəyəri əmək haqqında idarə olunan və onun ailəsinin yaşaması üçün lazım olan həyat vəsaitlərinin dəyəri ilə müəyyən edilir.
İş qüvvəsi dəyərinin aşağı həddi işçinin fiziki tələbatı ilə, yəni onun gündəlik əmək qabiliyyətini saxlamaq, bərpa etmək üçün son dərəcə zəruri olan yaşayış vasitələrinin dəyəri ilə müəyyən olunur.
İş qüvvəsi dəyərinin yuxarı həddi işçi və onun ailəsinin minimum fizioloji tələbatından başqa, konkret ictimai və tarixi şəraitdən irəli gələn tələbatla əlaqədar maddi və mənəvi vasitələrin dəyərini də öznə daxil edir.
Əmək haqqı cəmiyyət üçün gəlirdirsə, müəssisə üçün çəkilmiş xərcdir.
8.2.Nominal və real əmək haqqı
Əmək haqqının əhalinin həyat səviyyəsinə təsiri vaxtından iki növü vardır: nominal əmək haqqı və real əmək haqqı.
İşçilərin sərf etdikləri əməyin kəmiyyət və keyfiyyətinə görə pul formasında, vergilər çıxıldıqdan sonra aldıqları haqq nominal əmək haqqı adlanır.
Real əmək haqqı isə hər hansı məbləğdə olan nominal əmək haqqına alına biləcək istehlak mallarının və göstərilə biləcək xidmətlərin həcmi ilə müəyyən edilir, ona görə real əmək haqqı manatın alıcılıq qabiliyyəti ilə əlaqədardır.
İşçilərin aldıqları əmək haqqı onların real gəlirlərinin əsas hissəsini təşkil edir.Real gəlirin ümumi həcmi şəkil 8.1-də göstərilmişdir.
Real gəlirin ümumi həcmi
Sosial fondlar hesabına olan gəlirlər
Şəxsi yardımçı təsərrüfatdan əldə edilən gəlir
Əmək haqqı, mükafat, ezamiyyət
Sahibkar gəliri, faizlər, dvidentlər
Qiymətlərin aşağı salımasından əldə edilən gəlir
Təhsil, səa)hdiyyə və s. xidmətlər (ödənişsiz variantda)
Pensiyalar, müavinətlər, təqaüdlər. Fərdi gəlirlər
Fərdi istehlak
İctimai istehlak
Şəkil 8.1. Real gəlirin ümumi həcmi
Dostları ilə paylaş: |