Mövzu 7. Əməyin təşkili və əmək intizamı, onun əmək məhsuldarlığı ilə
qarşılıqlı əlaqəsi
7.1.Əməyin təşkilinin mahiyyəti və məzmunu
7.2. Əməyin elmi təşkili, onun vəzifələri və istiqamətləri.
7.3.Müəssisələrdə əmək bölgüsü və əmək kooperasiyası.
7.4. İş yerlərinin təşkili
7.5.Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri.
7.1.Əməyin təşkilinin mahiyyəti və məzmunu
Heç bir əmək fəaliyyəti, məşğulluq forması əməyin normal təşkili olmadan lazım səmərə verə bilməz. Məhz əməyin normal təşkili sayəsində istehsal amillərinin optimal vəhdətliyi təmin edilir. Əməyin təşkili «insan-əmək alətləri-istehsal sistemləri» modeli ilə üzvi şəkildə bağlıdır.
Müəssisədə əməyin düzgün təşkili dedikdə, iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi başa düşülür.
Texnika və istehsalın təşkilinin təkmilləşməsinin mövcud səviyyəsində iş qüvvəsindən planauyğun və məqsədəuyğun istifadə etməyə yönəldilmiş tədbirlər məzmununa əməyin təşkili deyilir.
Əməyin təşkilində məqsəd:
- insanın əmək prosesində hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqdan;
- iş vaxtı fondundan, istehsal avadanlıqlarından və maddi vəsaitlərdən səmərəli istifadə hesabına əmək- məhsuldarlığının artmasını təmin etməkdən ibarətdir.
Əməyin təşkili zamanı bir sıra prinsiplər nəzərə alınmalıdır. Əməyin təşkilinin əsas prinsipləri şəkil 7.1-də göstərilmişdir.
Əmək məhsuldarlığının yüksəldilməsi əsasında işçilərin həyat səviyyəsinin ardıcıl olaraq yaxşılaşdırılması
İşçilərin yaradıcılıq təşəbbüsünün inkişaf etdirilməsi və müəssisədaxili münasibətlərin təkmilləşdirilməsi
Əməyin təşkilinin əsas prinsipləri
Şəxsi və kollektiv maddi marağın möhkəmləndirilməsi və düzgün əlaqələndirilməsi
Əmək şəraitinin sağlaşlaşdırılması
Şəkil 7.1. Əməyin təşkilinin əsas prinsipləri
7.2. Əməyin elmi təşkili, onun vəzifələri və istiqamətləri
Əməyin elmi təşkili (ƏET) - onun adi təşkilindən fərqli olaraq ixtiyari və subyektiv qərarlarla deyil, iqtsiadi, texniki, sosioloji və psixoloji cəhətdən əsaslandırılmış qərarlara istinad edərək elm və təcrübənin nəticələrinin əməyin təşkilinə tətbiqi prosesidir.
Yeni texnika və mütərəqqi texnoloji proseslərin inkişafı kompleks mexanikləşdirmə və avtomatlaşdırmanın, kompyuterləşmənin geniş tətbiqi, habelə müəssisələrin daha da ixtisaslaşdırılması əsasında istehsalın texniki səviyyəsinin yüksəlməsi, əməyin təşkilinin elmi əsaslarla həyata keçirilməsini zəruri edir.
Əməyin elmi təşkiinin əsas istiqamətləri şəkil 7.2-də göstərilmişdir.
Əmək üsulları və fəndlərinin səmərələşdirilməsi
Səmərəli əmək bölgüsü və əmək kooperasiyasının seçilməsi
İş yerlərinin səmərəli təşkili və iş vaxtından səmərəli istifadə
Maddi həvəsləndirmənin təkmilləşdirilməsi
Əmək şəraitinin yaxşılaşdırılması
Əməyin normalaşdırılmasının təkmilləşdirilməsi
Əməyin elmi təşkilinin əsas istiqamətləri
Kadrların hazırlğı və istehsalat təlimi
Darəçilik əməyinin səmərəli təşkili
Əmək və istirahət rejiminin səmərələşdirilməsi
Şəkil 7.2. Əməyin elmi təşkilinin əsas istiqamətləri
ƏET-nin əsas vəzifələri:
a)iqtisadi vəzifə - bu özündə əmək məhsuldarlığının yüksəldilməsinə, maddi və əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasını əks etdirir;
b) sosioloji vəzifə - əmək prosesində insan amilinin rolunun yüksəlməsi, insanın hərtərəfli inkişafının təmin edilməsini əhatə edir
c) psixofizioloji vəzifə - cəmiyyətin başlıca məhsuldar qüvvəsinin (adamların) əmək prosesində sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edən daha əlverişli istehsalat şəraitinin yaradılmasına xidmət edir.
Dostları ilə paylaş: |