Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək məhsuldarlığının ölçülməsi üsulları



Yüklə 1,29 Mb.
səhifə30/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

6.4. Əmək məhsuldarlığının ölçülməsi üsulları
Əmək məhsuldarlığının ölçülməsində aşağıdakı üsullardan istifadə edilir (şəkil 6.2):

Əmək məhsuldarlığının ölçülməsi üsulları




Dəyər üsulu-istehsalın bütün səviyyələrində tətbiq edilir və ən ünversal üsuldur, pulla ifadə olunur

Natural üsul-eyni cinsli məhsul istehsalında tətbiq olunur: ədəd, metr, ton, kq, litr, m2, m3 ilə ifadə olunur

Əmək üsulu- əsasən müəssisdaxili bölmələrdə əmək məhsuldarlığının hesablanmasında tətbiq olunur, norma –saatla ifadə olunur

Şəkil 4.2. Əmək məhsuldarlığının ölçülməsi üsulları



Əmək məhsuldarlığının ölçülməsi üsullarının nöqsanları:

  1. Natural üsul - tətbiq dairəsi məhduddur, yalnız eyni cinsli məhsullar istehsalında istifadə olunur.

  2. əmək üsulu - əmək normalarının keyfiyyətindən, normativ bazanın səviyyəsindən asılıdır.

  3. dəyər üsulu - pul (dəyər) ifadəsində əmək məhsuldarlığının faktiki səviyyəsi:

- istehsalın quruluşundan, məhsulun qiymətindən və çeşidindən asılı olur;
- istehsalın səviyyəsinə canlı və əşyalanmış əmək üzrə xərclərin nisbəti; - müəssisələrlə kooperasiya əlaqələri;
- hazır məhsulla bitməmiş istehsal arasındakı nisbət təsir edir.
6.5.Əmək məhsuldarlığı, əməyin məhsuldar qüvvəsi və əmək intensivliyi
arasında qarşılıqlı əlaqə
Əmək məhsuldarlığı əmək sərfi ilə istehsal olunmuş məhsulun miqdarı arasındakı istehsal və kəmiyyət əlaqələrini ifadə edir.
«Əməyin məhsuldar qüvvəsi» əmək məhsuldarlığından fərqli olaraq nəticə deyil, istehsal prosesində əməyin bu və ya digər nəticəsini əldə etmək üçün potensial imkandır.
«Əməyin məhsuldar qüvvəsi» istehsalın obyektiv şəraiti daxilində və istehsal vasitələrinin mövcud səviyyəsində əmək məhsuldarlığının artımının potensial imkanıdır. Bu da obyektiv və subyektiv amillərlə müəyyən edilir və eyni zamanda dəyişilməz əmək intensivliyi daxilində əməyin məhsuldarlığı imkanlırını xarakterizə edir. Əmək məhsuldarlığı əməyin məhsuldar qüvvəsi ilə yanaşı əməyin intensivliyindən də asılıdır.

  • əməyin intensivliyi vahid vaxt ərzində sərf olunan əməklə, yəni fiziki, əsəbi və əqli enerjinin kəmiyyəti ilə müəyyən olunur.

  • əmək intensivliyi ilə məhsulun maya dəyəri arasında düz mütə­nasiblik, əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri arasında tərs mütənasiblik mövcuddur.

  • əmək intensivliyi səviyyəsinə təsir edən amillər:

- iş vaxtının davamı və ondan istifadə səviyyəsi;
- istehsalın texniki və texnoloji səviyyəsinin yüksəldilməsi;
- əməyin ödənilməsi;
- əməyin normalaşdırılması;
- əməyə müna­sibət.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin