İnandırma texnologiyaları (rasional sfera): burada məntiq və mülahizədən istifadə olunur. Həmsöhbətin və sizin özünüzün də yüksək məntiqi və tənqidi təfəkkürə malik olduğunuz güman edilir.
Təqlid texnologiyaları: şifahi vasitələrlə şüursuzlara, insan duyğularına müraciətə əsaslanır.
Effektiv kommunikasiyanın texnologiyasından istifadənin dörd əsas üsulu var (şəkil 5.2):
“Qarmaq” texnikası
Təxəyyülün stimullaşdırılması üsulu
Effektiv kommunikasiya texnologiyasından istifadənin
əsas üsulları
Birbaşa yanaşma
Gərginliyin aradan qaldırılması üsulu
Şəkil 5.2. Effektiv kommunikasiya texnologiyasından istifadənin
əsas üsulları
1.Təxəyyülün stimullaşdırılması üsulu söhbətin əvvəlində nəzərə alınmalı olan problemlərin məzmunu ilə bağlı çoxlu sualların qoyulmasını nəzərdə tutur.
2. “Qarmaq” texnikası vəziyyəti qısa şəkildə ifadə etməyə və onu söhbətin məzmunu ilə əlaqələndirərək problemin müzakirəsi üçün başlanğıc nöqtəsi kimi istifadə etməyə imkan verir.
3.Birbaşa yanaşma üsulu heç bir giriş və ya preambula olmadan birbaşa mətləbə keçməyi nəzərdə tutur.
4. Gərginliyin aradan qaldırılması üsulu həmsöhbətlə emosional əlaqənin qurulmasını tələb edir. Buna, məsələn, vaxtında hazırlanmış bir zarafat kömək edə bilər.
Qeyd edilənlərlə yanaşı effektiv kommunikasiya qurmağı bacarmaq üçün aşağıdakılara da əməl etmək lazımdır (şəkil 5.3).
Həmsöhbəti həvəsləndirin və onda motivasiya yaradın
Bütün insanlarla eyni dərəcədə ünsiyyət qurmağa çalışın
Şikayət etməyin
Effektiv kommunikasıya qurmağın yolları
Empatiya göstərin.
Məşq edin
Şəkil 5.3. Effektiv kommunikasiya qurmağın yolları
Dostları ilə paylaş: |