5.2. Əmək bazarında effektiv kommunikasıyanın qurulması qaydaları Əmək bazarında effektiv kommunikasiya qurmağı bacarmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Dialoqdan sonra hər iki tərəfin xoş qarşılıqlı anlaşma hissi yaşaması üçün aşağıdakı qaydalara əməl edin.1
1. Əvvəlcə qulaq asın. Aktiv dinləmə suallar verməklə yanaşı, tərəfdaşınızın cavablarını başa düşmək üçün lazım olan diqqəti göstərməyi, eyni zamanda onları mühakimə etməkdən imtina etməyi əhatə edir. Başqalarını müntəzəm və məharətlə dinlədikdə, onların real vəziyyəti ilə tanış olursunuz. Həmsöhbətin nailiyyətləri və problemləri, eniş-yoxuşların öhdəsindən necə gəldiyini tez öyrənin. Bununla siz, onun üçün vacib olanın sizin üçün də vacib olduğunu göstərirsiniz.
Nəticə etibarı ilə sizin fikrinizin çəkisi daha çox olur, çünki o, reallığa - həmsöhbətin reallığına əsaslanır.
2. Empatiya göstərin İş axtaranlarla (eləcə də işəgötürənlərlə) danışdıqda onların istəklərini, düşüncə prosesini anlamağa və dünyaya onların nöqteyi-nəzərindən baxmağa çalışın.Empatiya sadəcə diqqətlə dinləməkdən daha çox şeydir. Bu qabiliyyət yalnız sözlərin mənasını deyil, həm də başqa bir insanın motivlərini, duyğularını, düşüncələrini dərk etməkdir. Əlbəttə, asan deyil. Ancaq şüurlu bir səy, qarşı tərəf danışarkən cavabınızı düşünməkdən daha yaxşıdır.
3. Müsbətə diqqət yetirin Proseslərə mənfi yanaşmaq həmsöhbətin sizdən “üz çevirməyin” əmin bir yoludur. O, sizi tam nəfəslə dinləməyəcək, çünki bu zaman siz ona şikayətlər, iniltilər və bədbinliklə dolu insan kimi görünəcəksiniz. Beləliklə, müsbətə diqqət yetirin. Razı olmasanız belə, ümumi fikir tapın. Vəziyyət xoşuna gəlməsə belə, həmsöhbətinizi əhvalınızla sevindirməyə çalışın.
4. Səmimi olun Əmək bazarında iş axtaran zaman səmimi olun. Öz bilik və bacarıqlarınızı qarşı tərəfə obyektiv şəkildə çatdırmağa çalışın. İş keyfiyyətlərinizi (eləcə də müəssisənin imkanlarını) şişirtməyə çalışmayın.
İş axtaranı dinləyərkən və onun keyfiyyətlərinə rəy bildirərkən mənfi üzərində dayanmayın, ilk növbədə kömək etmək istədiyinizi unutmayın. Lazım gələrsə, üzr istəyin.
5. Konkret olun İnsanlar hələ də başqalarının fikrini oxumağı öyrənməyiblər. Ona görə də başqalarına sadəcə onları nə qədər qiymətləndirdiyinizi və ya sizi narahat edən şeyləri söyləməyin. Vəziyyəti necə düzəltməyi onlara deyin.
Əgər qarşıdakı insanda bir şey xoşunuza gəlmirsə, onun nə olduğunu dəqiqləşdirin və çıxış yolu təklif edin.