C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)
6.6. Əmək məhsuldarlığının yüksəldilməsi amilləri və onların təsnifatı Əmək məhsuldarlığının artırılması ehtiyatları onun konkret amillərinin təsiri ilə əlaqədar olduğu üçün bu amilləri və onun təsnifatını bilmək vacibdir.
Amil dedikdə, canlı əməyə qənaət prosesinin hərəkətverici qüvvəsi, başlıca, köklü səbəbi başa düşülür.
Şərait dedikdə, onun daxilində hər hansı fəliyyət, proses gedir və ondan (şəraitdən) asılı olur. Amil hərəkətverici qüvvə olmaqla həmişə konkret şərait daxilində fəaliyyət göstərir.
Əmək məhsuldarlığına təsir edən amillərin düzgün təsnifatı, onun artımının ayrı-ayrı amillər üzrə texniki-iqtsiadi cəhətdən əsaslandırılmasında, planlaşdırılmasında və elmi cəhətdən öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Əmək məhsuldarlığının yüksəldilməsinə əsasən aşağıdakı amillər təsir göstərir (şəkil 6.3):