Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək məhsuldarlığının formaları, onların göstəriciləri



Yüklə 1,29 Mb.
səhifə29/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

6.3. Əmək məhsuldarlığının formaları, onların göstəriciləri
Əmək məhsuldarlığının səviyyəsi onun göstəriciləri vasitəsilə müəyyən olunur. Əmək məhsuldarlığının formaları, onların göstəriciləri şəkil 6.1-də əks edilmişdir.

Əmək məhsuldarlığının formaları və göstəriciləri






Fərdi əmək məhsuldarlığı


İctimai əmək məhsuldarlığı


Göstəricilər

Göstəricilər



İstehsal (hasilat) norması-vaxt vahidi ərzində istehsal olunan məhsulun miqdarı



Ümumi daxili məhsul





Milli gəlir





Ümumi məhsul

Əmək tutumluluğu- məhsul vahidinin istehsalına sərf olunan iş vaxtının miqdarı




Xalis məhsul

Şəkil 6.1. Əmək məhsuldarlığının formaları və göstəriciləri

Fərdi əmək məhsuldarlığı canlı əməyin məhsuldarlığıdır.
Hər hansı bir məmulatın əmək tutumluğu onun hazırlanmasına sərf olunan vaxtın miqdarı ilə müəyyən olunur. Bu vaxt normalaşdırılmış, faktiki, planlaşdırılmış iş vaxtları formasında ifadə oluna bilər.
Fərdi əmək məhsuldarlığı belə hesablanır:
a) vaxta görə:
ƏM = F/Əf
Burada:
ƏM-fərdi əmək məhsuldarlığı;
Əf- məhsul vahidinin əmək tutumudur.
b) istehsal olunmuş məhsula görə:

ƏM = M/F
ƏM- əmək məhsuldarlığı;


M – istehsal edilmiş məhsulun miqdarı;
F- həmin məhsulun istehsalına sərf edilən vaxtdır.
c) bir işçi üzrə əmək məhsuldarlığı aşağıdakı kimi hesablanır:
ƏM = M/İ
Burada:
ƏM- əmək məhsuldarlığı;
M- müəssisənin ümumi məhsulunun miqdarı;
İ- müəssisənin işçilərinin orta siyahı sayıdır.
İctimai əmək məhsuldarlığı istehsal olunan məhsulun canlı və əşyalaşmış əməyin cəminə nisbəti kimi müəyyən edilir:
ƏMi = M/Əc + Əə

Burada ƏM, - ictimai əmək məhsuldarlığı;


M – ölkə üzrə istehsal olunmuş məhsulun dəyəri;


Əc – məhsulun istehsalına sərf edilmiş canlı əmək;
Əə - məhsulda əşyalaşmış əməkdir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin