C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)
6.7. Əmək məhsuldarlığının artırılması ehtiyatları və onların təsnifatı Əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə, istehsalın mövcud olan, lakin onun inkişaf imkanlarından istifadə edilməməsi dərəcəsi başa düşülür.
Müəssisələrin və xalq təsərrüfatı sahələrinin mövcud inkişaf imkanları dedikdə isə:
- texnika və texnologiyanın təkmilləşməsi;
- istehsalın və əməyin təşkilinin yaxşılaşması;
- əvvəllər istifadə edilməyən ehtiyatlardan istifadə olunması;
- müəssisələrarası və müəssisədaxili istehsal əlaqələrinin möhkəmləndirilməsi başa düşülür.
Əmək məhsuldarlığının artırılması ehtiyatları bir işçiyə düşən məhsul istehsalının artırılması və ya buraxılan məhsul vahidinə iş vaxtı sərfinin azaldılması məqsədi ilə əməyin məhsuldar qüvvəsinin real imkanından tam istifadə olunmaması başa düşülür.
Əməyin məhsuldar qüvvəsi ilə əmək məhsuldarlığının səviyyəsi arasındakı fərq onun ehtiyatlarını təşkil edir:
E = Əm.q. - Əm.s.
Burada: E- əmək məhsuldarlığının artırılması ehtiyatları;
Əm.q. - əməyin məhsuldar qüvvəsi;
Əm.s. - əmək məhsuldarlığının səviyyəsidir.
Əmək məhsuldarlığının artırılması ehtiyatları bilavasitə aşağıdakı amillərlə bağlıdır
(şəkil 6.4.)
Əmək məhsuldarlığının artırılması ehtiyatlarının təsnifatı
İstehsal prosesində iştirak etmə sahəsindəki fərqdən asılı olaraq
Əmələgəlmə miqyasına görə
Əməkdən istifadə ilə əlaqədar
Ümumi xalq təsərrüfatı
Məhsul istehsalının əmək tutumluluğunun
aşağı salınması ehtiyatları