7.4. İş yerlərinin təşkili
İnsanın məqsədəuyğun fəaliyyətinin hansı təşkilati formasından asılı olmayaraq bu fəaliyyət, həmişə müəyyən iş yerlərində ayrı-ayrı işçilərin əmək sərfindən ibarət olur.
Müəyyən əməliyyatı icra etmək üçün aqreqat, dəzgah, maşın və materiallarla, alət və s. texniki vasitələr və əmək cisimləri ilə təchiz edilmiş istehsal meydançasının hüdudlanmış müəyyən hissəsinə - işçinin əmək fəaliyyəti zonasına iş yeri deyilir. İş yerinin təşkili bir sıra məsələlərin təşkilini nəzərdə tutur. İş yerinin təşkili məsələləri şəkil 7.5-də göstərilmişdir.
İş yerinin planirovkası
İş yerinin təchizatı
İş yerinin təşkili məsələləri
İş yerinə xidmət
İş yerinin ixtisaslaşdırılması
Şəkil 7.5.İş yerinin təşkili məsələləri
7.5.Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri
Mütəşəkkillik və əmək intizamı iqtisadi inkişafın mühüm vasitəsidir. Kollektiv əmək şəraitində bir adamın işi, başqasının əmək fəaliyyəti üçün başlanğıc olmaqla onun əmək fəaliyyətini tamamlayır.
Əmək intizamının möhkəmlənməsi, əməyə münasibətin yaxşılaşması və inkişafı deməkdir.
Müasir dövrdə əmək intizamını təmin etmək dövlət orqanlarının, müxtəlif təşkilatların, yoldaşlıq məhkəmələrinin mühüm vəzifəsidir. Əmək intizamına əməl olunmasında, müəssisədə nümunəvi qayda yaradılmasında, müəssisə rəhbərliyi, sex və sahə rəisləri, usta və briqadirlərin üzərinə böyük məsuliyyət düşür.
Əmək intizamı yüksək əmək məhsuldarlığının zəruri şərtidir. Müəssi- sədaxili əmək qaydalarına əməl etmək, əmək intizamını möhkəmləndirməyin, iş vaxtından səmərəli istifadə etməyin və işə gecikmənin qarşısını almağın başlıca şərtlərindən biridir.
Müəssisələrdə əmək intizamını pozanlara qarşı aşağıdakı tədbirlər görülür: xəbərdarlıq, töhmət vermək, şiddətli töhmət, bir ildən çox olmayaraq az maaşlı işə keçirmək, işdən çıxarmaq.
Müəssisədə əmək intizamı həm qanunvericilik, gəm də müəssisədaxili qaydalarla reqlamentləşdirilir. Müəssisədə əmək intizamının reqlamentləşdirilməsi şəkil 7.6-da göstərilmişdir.
Əmək məcəlləsi ilə
Müəssisədaxili əmək qaydaları ilə
Tabel uçotunun aparılması
Müəssisədə əmək intizamının reqlamentləşdirilməsi
Texniki təhlükəsizlik və texnoloji intizam qaydalarına əməl etmə haqqında əsasnamə
Aylar və günlər üzrə işə çıxmanı, növbənin müddətini və fasilə vaxtını müəyyən edən iş qrafikləri
Şəkil 7.6. Müəssisədə əmək intizamının reqlamentləşdirilməsi
Bir tərəfdən işçilər üçün normal mədəni-məişət şəraitinin yaradılması, onların əməyinin yüngülləşdirilməsi, digər tərəfdən tərbiyələndirmə üsullarının gücləndirilməsi əmək intizamının möhkəmlənməsinə, işçi qüvvəsi axınının azalmasına müsbət təsir göstərə bilər.
Dostları ilə paylaş: |