10.3.Müstəqim və qeyri-müstəqim əmək haqqı sistemi Müstəqim-işəmuzd əmək haqqının tətbiqində ən başlıca şərt normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün tarifləndirilməsidir.
İş qiyməti iki amildən, istehsal, yaxud vaxt normasından və müvafiq dərəcənin tarif maaşından asılıdır. İş qiyməti əslində məhsul vahidi (əməliyyat) üçün əmək haqqının həcmidir. Fəhlənin əmək haqqı iş qiymətini istehsal olunan məhsulun miqdarına vurmaqla müəyyən edilir.
Məhsul vahidinin iş qiyməti dərəcənin tarif maaşının müvafiq istehsal normasına bölməklə və ya dərəcənin tarif maaşını vaxi normasına vurmaqla müəyyən edilir.
Iq = Sm / İn və ya Iq = Sm X Vn ;
Burada: İq - məhsul vahidinin iş qiyməti;
Sm - müvafiq dərəcəsinin işəmuzd saatlıq maaşı;
İn - istehsal norması;
Vn - vaxt normasıdır.
Fəhlənin faktiki işəmuzd əmək haqqı müstəqim fərdi işəmuzd əmək ödənişində müxtəlif işlər üzrə belə müəyyən edilir:
İə.n = ∑ İq X Vh Burada, İə.n. - ümumi işəmuzd əmək haqqı;
İq - görülmüş işlərin hər vahidinin qiyməti;
Vh - görülmüş işlərin hər növü üzrə faktiki hasilatdır.
Qeyri-müstəqim işəmuzd əmək haqqı sistemində fəhlənin aldığı əmək haqqı, onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya onların istehsal etdiyi məhsulun miqdarından asılıdır. Bu sistem çox halda əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqının təşkilində tətbiq olunur. Avadanlıqların sazlayıcıları əsasən qeyri-müstəqim əmək haqqı sistemi üzrə əmək haqqı alırlar.
10.4.Mükafatlı-işəmuzd əmək haqqı sistemi Mütərəqqi-işəmuzd əmək haqqı sistemində fəhlə müəyyən edilmiş çıxış (baza) norması daxilində müstəqim, dəyişilməz iş qiymətləri, çıxış (baza) normasından əlavə istehsal edilmiş məhsullar üçün isə artırılmış iş qiymətləri üzrə əmək haqqı alır. İşəmuzd-mütərəqqi əmək haqqı sistemində differensiallaşdırılmış iki cür iş qiymətləri - sabit və mütərəqqi artan iş qiymətləri tətbiq edilir.
İşəmuzd-mütərəqqi əmək haqqı üzrə əlavə haqqı hesablamaq üçün fəhlənin müəyyən olunmuş ilk çıxış normadan artıq istehsal normasının yerinə yetirilmə faizini, faktiki işləmə vaxtını və qüvvədə olan şkalaya əsasən iş qiymətinin artma faizini bilmək lazımdır.
Bütün işlər mütərəqqi iş qiymətləri üzrə ödənildikdə və şkalada normanın çıxış bazası 100% götürülmüş olarsa, fəhlənin əmək haqqı belə hesablanır:
Üə = İm.ə. +
Burada: Üə - mütərəqqi işəmuzd əmək haqqı;
İm.ə. - aylıq müstəqim işəmuzd əmək haqqı;
N - normaların yerinə yetirilmə faizi;
Gb - mütərəqqi əmək haqqı üçün çıxış bazası;
Qs - iş qiymətlərinin artma əmsalı.
Əgər İmə ə. = 840 manat, N = 115%, Gb =103%, Qs =0,6 olarsa:
Üə = İm.ə. + = 840 + 840+87.65=927.65 manat olacaqdır.