Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əməyin ödənilməsinin vaxtamuzd sistemləri



Yüklə 1,29 Mb.
səhifə45/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

10.7.Əməyin ödənilməsinin vaxtamuzd sistemləri
Vaxtamuzd əmək haqqı forması sadə və vaxtamuzd-mükafatlı əmək haqqı sisteminə ayrılır.
Sadə vaxtamuzd sistemində fəhlənin əmək haqqının miqdarı onun sərf etdiyi faktiki vaxtın miqdarından və tarif maaşından asılıdır.
Aylıq sadə vaxtamuzd əmək haqqının hesablanması saatlıq tarif maşına və həmin ayda faktiki işlədiyi saatların miqdarına əsasən hesablanır:

Am =Sf x Ms


Burada: Am - aylıq maaş;
Sf- - saatlıq tarif maaşı;
Ms - ay ərzində fəhlənin işlədiyi saatların miqdarı.
Vaxtamuzd-mükafatlı əmək haqqı sistemində vaxtamuzdçu fəhlənin əmək haqqı yalnız işlənilən vaxtın miqdarından və ixtisasından deyil, həm də onun işinin göstəricilərindən asılı olaraq verilən mükafatın həcmindən də asılıdır.
Bu sistem vaxtamuzdçu fəhlələrə əmək məhsuldarlığının yüksəl­dilməsinə, xammala, material resurslarına qənaət etmələrinə stimul yaradır.

10.8.Rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əmək haqqının təşkili


Rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əmək haqqını təşkil edərkən əmək bölgüsü, birinci növbədə idarəetmə və istehsalata xidmətetmə funksiyası nəzərə alınmalıdır.
Rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əməyinin ödənilməsi istehsalın ən vacib sahələrinə ixtisaslı kadrların cəlb olunmasını, müxtəlif qrup və kateqoriyadan olan bu kadrların əməyinin ödənilməsində zəruri nisbətlərin müxtəlifliyinin qoyulmasını və hər bir işçinin şəxsi maddi marağını təmin etməlidir.
Mühəndis-texniki işçilərin və qulluqçuların əmək haqqı iki hissədən, sabit (vəzifə maaşları) və dəyişən hissədən (mükafatlar) ibarətdir. Onların vəzifə maaşları dövlət tərəfindən vahid tarif dərəcələri üzrə təminatlı qaydada normalaşdırılır və bilavasitə əməyin nəticəsindən asılı olmur. Bundan fərqli olaraq mükafatlar müəyyən kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq verilir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin