11.2.Tələbat və əmək fəaliyyəti
İstehsal və isteşhsal münasibətləri ictimai həyatın bütün sahələrində olduğu kimi sosial proseslər sistemində də aparıcı rola malikdir. Bu yalnız onun ictimai təkrar istehsalın fazaları ilə bağlı olması səbəbi ilə deyil, həm də ondan irəli gələn sosial qanunauyğunluqlar və sosial struktur ilə də bağlı olmasından irəli gəlir.
İstehsal, tələbat yaratdığı kimi tələbat da istehsal yaradır və hər ikisi nəticə etibarilə istehsala xidmət edir. Ona görə də bu istehsalın ideal daxili motivinə çevrilir. Konkret əmək fəaliyyətinə başlmazdan əvvəl tələbat ideal formada ayrı-ayrı fərdlərin, işçilərin ilkin əmək fəaliyyəti üçün motiv kimi təzahür edir.
Tələbatın və istehsalın səviyyəsi bərabər şərait daxilində tələbatın tərbiyə edilməsi və tələbat mədəniyyətindən asılıdır.
Tələbat sosial qruplar və təbəqələr baxımından sosial bir keyfiyyətə malik olur. İlk tələbat özündə dörd xassəni birləşdirmiş olur (şəkil 11.2).
İstehsal momenti
İstehlak əmələ gətirmə xassəsi
İlk tələbatın xassələri
Sosial məzmuna malik olması
Fəaliyyət motivi olması
Şəkil 11.2. İlk tələbatın xassələri
11.3.Mənafelər və əmək fəaliyyəti
Bütün tələbat növləri bu və ya digər formada mənafelərlə bağlıdır. Lakin mənafelər əmək fəaliyyətinin bilavasitə səbəbi rolunda çıxış edir. Mənafelər həm əmək fəaliyyəti sferasından kənar, həm də əmək fəaliyyəti çərçivəsində təzahür etdiyinə görə çox geniş diapazona və universal əhəmiyyətə malikdir.
Mənafelər elə bir gücə malikdirlər ki, sanki bütün hadisələr və ictimai hərəkatlar onun əsasında durur.
Manefələr bölgü münasibətləri ilə bilavasitə bağlıdır. Bölgü münasibətləri iqtsiadi münasibətlərin bir hissəsi olmaqla mülkiyyət münasibətlərindən asılı olur. Çünki, mülkiyyət münasibətləri real həyat şəraitini, real həyat tərzini, həyatın keyfiyyətini müəyyən edir.
Mənafelər nəinki ayrı-ayrı fərdlərin, habelə sosial qrupların və millətlərin sosial-siyasi davranışlarına mühüm təsir göstərir. Həm də peşə mənafelərdən fərqli olaraq sosial təbəqə, milli mənafelər və dəyərlər daha güclü olur.
Mənafelər subyektlərin daxili mahiyyətini ifadə edir və həm də obyektiv prosesləri əks etdirir. Lakin bəzi sosial qrupa aid olan adamlar üçün tələbatın ödənilməsi səviyyəsi, həcmi mənafe hərisliyi məhdudiyyətedici rolu oynaya bilmir. Mənafelər heç də həmişə ideal motivlərlə bağlı olmur.
Mənafelər bir çox hallarda yalnız tələbatın ödənilməsi səviyyəsi ilə deyil, həm də müxtəlif hisslər, ehtiraslar, arzular, ideyalar, məqsədlərlə də müəyyən olunur.
Mənafelər ümumi, xüsusi, keçici, müvəqqəti və lokal xarakterli mənafelərdən ibarət olur. Mənafelər insan fəaliyyətinin bütün sferalarında təzahür edir və buna uyğun olaraq da mənafe növləri (iqtisadi, sosial, siyasi və mənəvi) mövcud olur.
11.4.Əmək fəaliyyəti prosesində motivləşdirmənin rolu və funksiyaları
Əmək fəaliyyəti hər hansı bir motiv növü olmadan həyata keçirilə bilməz. Çünki insanların fəaliyyəti müəyyən tələbatlar, sosial-iqtisadi mənafelər sistemi ilə bağlıdır.
Əmək motivləri fəaliyyətin başlanması və həyata keçirilməsinin başlıca mexanizmi və sövqedici, vadaredici vasitəsidir. Məhz motivlərin köməyilə işçilər müxtəlif əmək situasiyalarında öz davranışlarını təsdiq edir və müəyyənləşdirir.
Motivlər insan fəaliyyətinin katalizatoru rolunu oynayır, daimi fəaliyyət göstərən amil kimi çıxış edir.
Əmək fəaliyyəti konkret amillər və şəraitlər, habelə işçilərin sosial keyfiyyəti ilə müəyyən olunur. Əmək fəaliyyətinə sosial hadisələrə, proseslərə bir sistem kimi yanaşılması, bu fəaliyyətin dinamikasını, adamların, işçilərin sosial statusunu və onların davranışını müəyyən edən məcmu dəyərlər və normalar nəzərə alınmalıdır.
Əməyə münasibətdə bütün motivlərin mövqeyi və əhəmiyyəti eyni dərəcədə olmur. Burada ən mühüm əhəmiyyətə malik olan əməyin ödənilməsi sistemidir. Çünki maddi təminat əməyə sövq edən ən başlıca amildir.
İşçinin əmək fəaliyyəti bir yox, bir neçə motivlərlə bağlı olur, həm də bu motivlər zaman etibarı ilə səpələnmiş halda deyil, eyni vaxtda da fəaliyyət göstərir.
Motivlər bütövlükdə və onları əmələ gətirən komponentlər baxımından aşağıdakı funksiyaları müəyyənləşdirir (şəkil 11.3).
Motivlərin funksiyaları
Motivlər müxtəlif əmək situasiyasında işçiləri müxtəlif davranış istiqamətləri seçməyə istiqamətləndirir
Meyledici, istiqamətləndirici funksiya
Motiv işçi üçün əmək fəaliyyətinin konkret məzmunu, mənası və əhəmiyyətini müəyyən edir
Əmək fəaliyyətinin məna yaradan, məna kəsb edən funksiyaları
Motivlər insan fəaliyyətinin xarici və daxili vadaredici vəzifələrinin, həlqələrinin vəhdətliyini təmin edir
Vasitəçilik funksiyası
Səfərbəredici funksiya
Motivlər bilavasitə hər bir işçinin qabiliyyətinin həyata keçirilməsi ilə bağlıdır
Əsaslandırma, bəraətqazandırıcı funksiya
Bu işçinin müəyyən davranış etalonu, normalaşdırılan nümunələr ilə bağlıdır
Şəkil 11.3. Motivlərin funksiyaları
Dəyərlər meyli peşələrin seçilməsi, iş yerlərinin dəyişilməsi üçün mühüm əhəmiyyətə malik olur. Peşənin seçilməsi üçün bunlar əsas götürülür:
- fəaliyyət növünün yaradıcı xarakteri;
- peşənin qazanc gətirmə dərəcəsi;
- qabiliyyətin və peşə meyllərinin uyğunluğu;
- seçilmiş peşələr üzrə mütəxəssislərə tələbatın olması;
- peşənin ictimai nüfuzluluq səviyyəsi;
- məcburiyyət üzündən həmin peşənin seçilməsi.
11.5.Əməyin motivləşdirilməsinin sosial idarə edilməsi
Əmək fəaliyyətinin motivləşdirilməsinə işçilərin psixologiyası baxımından yanaşmağın böyük əhəmiyyəti vardır. Çünki əmək fəaliyyəti sferasındakı situasiya xeyli dərəcədə şəxsiyyətin psixologiyası, emosional vəziyyəti ilə şərtlənir.
Əmək fəaliyyətinin motivləşdirilməsinin idarə olunması kompleks problemlərlə insan fəaliyyətinin tələbat, mənafelər, sosial normalar və sosial fəallıq səviyyəsi ilə bağlıdır. Lakin insan fəaliyyəti ilə bağlı olan bu komponentlərin vəhdətli halında tədqiq olunma səviyyəsi olduqca aşağıdır.
Bunun üçün birinci növbədə motivləşdirmənin sosial mahiyyətinin çoxcəhətli olmasının nəzərə alınması əsas şərtlərdən biridir. Əmək fəaliyyətinin sosial mahiyyəti onun müxtəlif mənafelər, tələbatlar, dəyərlər meyli və sosial normalar əsasında aşkara çıxır. Çünki mənafelərin fəaliyyət amili kimi çıxış etməsi, obyektiv və subyektiv amillərin transformasiya edilməsi bilavasitə insan şüuru ilə şərtlənir, demək burada obyektiv amillərin determinasiya olunmasının subyektiv fəaliyyətə keçməsi mürəkkəb sosial prosselərlə bağlı olur, əslində bu motivləşmə deməkdir. «Motiv» və «motivləşdirmə» bir-biri ilə əlaqədar olan anlayışlardır. Motiv işçinin, şəxsiyyətin fəaliyyətinin əsl mahiyyətini dərk etməsi prosesidir, fəaliyyətin iqtisadi və sosial determinasiya olunmasının bir növ nəticəsidir. Motivləşdirmə isə əmək fəaliyyətinə təsiretmə sistemidir.
Əmək fəaliyyəti motivlərinin idarə edilməsi başqa sahələrdə olduğu kimi burada da obyektiv və subyektiv determinantların nəzərə alınmasını tələb edir. Əmək fəaliyyətinin bu səpkili determinantları aşağıdakı kimidir (şəkil 11.4):
Obyektiv determinatlar
|
Tələbatlar
|
Mənfelər
|
Sosial norma və
normativlər
|
Subyektiv determinatlar
|
İşçinin ixtisas biliyi
|
İşçinin dəyərlər meyli
|
Özünüqiymətləndirmə
|
Həyatın mənası
|
İdeallar
|
Həyat təcrübəsi
|
Fəaliyyət motivi
|
Motivlər sistemi
İqtisadi münasibətlər sistemi
Əmək fəaliyyətinə başlayana qədər olan motivlər
Əmək fəaliyyətinin gedişində olan motivləşmə
Növbəti əmək fəaliyyətindən sonrakı motivləşdirmə, motivləşdirmənin yeni ünsurləri
Şəkil 11.4. Motivlər sistemi
Bu baxımdan əmək fəaliyyətinin motivləşdirilməsinə fasiləsiz, tsiklik bir proses kimi yanaşmaq lazımdır; çünki, bu, fəaliyyət növünün seçilməsindən tutmuş bütün motivlər, tələbatlar və mənafelər sistemini əhatə edir.
Əmək fəaliyyəti ilə bağlı olan üç komponentin - tələbat, mənafe və motivləşdirmənin vəhdət halında götürülməsinin prinsipial əhəmiyyəti vardır. Çünki bunların vəhdətliyi həm pozitiv fəaliyyət meyli formalaşdırır, həm fəaliyyət üçün sağlam ruhlu başlanğıc yaradır və həm də əməyin, işin səmərəsini, keyfiyyətini təmin edir. Şəkil 11.5-də tələbat, mənafe və motivləşdirmənin vəhdəti göstərilmişdir.
İşçinin tələbatı və mənafeyi
İşçinin vəziyyəti
Problemin ümumi vəziyyəti
Tələbat və mənafelər obyektinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
Sosial normalar
İşçinin dəyərlər meyli
Tələbat və mənafelər obyekti haqqında informasiya
Mövcud tələbat və əmək növləri
İşçinin qabiliyyəti, təcrübəsi
Qiymətləndirmə etalonu
Onların qiymətləndirilməsi
Fəaliyyət növünün seçilməsi
Yeni dəyərlər meylinin motivlərinin dəqiqləşdirilməsi
Motivlər sisteminin qəbul edilməsi
Motivlər üzrə fəaliyyətə başlama
Fəaliyyətin təşkili, səmərəliliyi və variantının proqramlaşdırılması
Şəkil 11.5. Tələbat, mənafe və motivləşdirmənin vəhdəti
İndii də tələbat, mənafe, motiv və fəaliyyət arasındakı əlaqəni nəzərdən keçirək: «TƏLƏBAT-MƏNAFE-MOTİV-FƏALİYYƏT» modelinin qarşılıqlı əlaqəsi şəkil 11.6-da göstərilmişdir.
Mənafelər sisteminin dərk edilməsi
Tələbatlar sistemi
Fəaliyyət meyli
Mənfelər obyekti
Motivlər
Tələbat və mənfelərin ödənilmə səviyyəsi
Fəaliyyətin başlanması və proqramlaşdırılması
Şəkil 11.6. «TƏLƏBAT-MƏNAFE-MOTİV-FƏALİYYƏT»
modelinin qarşılıqlı əlaqəsi
Əməyin motivləşdirilməsi yalnız sırf idrak, dəretmə əhəmiyyətinə malik olan bir problem deyildir. Motivləşdirmə əmək məhsuldarlığına, buraxılan məhsulun keyfiyyətinə, işçilərin peşə-ixtisas hazırlığına müsbət təsir edir. Bunu həm əmək fəaliyyətinin rəqəmlərlə ifadə olunmuş nəticələrinə, həm də sosial- psixoloji baxımdan əməyə münasibəti səciyyələndirən əlamətlərə görə müəyyən etmək olar. Bunun üçün burada birincisi, işçinin əmək fəaliyyətinə daxil olması, ikincisi, onun konkret əmək davranışı, üçüncüsü, onun əmək fəaliyyətinin qiymətləndirilməsi üzrə ölçülmə meyarlarından mühüm bir metod kimi istifadə edilir.
Dostları ilə paylaş: |