13.2.Əmək sferasında normalar və normativlər
Sosial normalar əmək davranışını idarə etmək üçün Ən başlıca vasitədir. Bu normalar birbaşa insan fəaliyyəti və əmək kollektivlərinin sosial təşkili ilə bağlıdır.
Sosial normalar məcburedici və qiymətləndirici funksiyaları icra edir. Məcburedici - hökmən həyata keçirilməli olan davranış qaydaları ilə, qiymətləndirici isə müəyyən davranış qaydaları ilə bağlıdır.
Yayılma, tətbiq olunma baxımından sosial normalar norma-tələb və norma-stereotip normalara ayrılır.
Norma-tələb cəmiyyət, dövlət tərəfindən qəbul olunmuş, etalon normalardır.
Norma-steriotip əmək kolektivlərinin ənənəvi davranış normalarıdır.
«Norma» sözü latınca olub sözün hərfi mənasında başlanğıc, nümunə, qayda deməkdir. Bu elə bir etalondur ki, hər bir proses, hadisə ona nəzərən qiymətləndirilir.
Sosial normalar sadəcə olaraq müəyyən qayda və normativ toplusu deyildir, o, ayrı-ayrı adamların, sosial qrupların davranışlarının tənzimləyicisidir, adamlara və sosial qruplara qarşı olan tələblərin keyfiyyət xarakteristikasıdır. Bu baxımdan sosial normalar bir növ prinsip rolunda çıxış edir, sosial normativlər isə bu prinsipi konkretləşdirir.
Sosial norma və normativlər bilavasitə insanların, müxtəlif sosial qrupların mənafelərini əks etdirdiklərinə görə bu məsələyə ciddi yanaşılmalıdır və elmi cəhətdən əsaslandırılmalıdır.
Sosial normativlər hazırlanan zaman bir sıra prinsiplər nəzərə alınmalıdır (şəkil 13.4).
Komplekslilik prinsipi
Sistemlilik prinsipi
Mütərəqqilik prinsipi
Sosial normativlərin hazırlanması prinsipləri
Differensasiya prinsipi
Sosial normativlərin reallığı prinsipi
Şəkil 13.4. Sosial normativlərin hazırlanması prinsipləri
Müəssisələrdə sosial nəzarət həyata keçirilərkən sosial normativlər nəzərə alınmalıdır (şəkil 13.5)
Bölgü normativləri
Sosial-əmək normativləri
Qiymətlə bağl normativlər
Sosial normativlər
Demoqrafik siyasətlə bağlı normativlər
İstehlak normativləri
Ekoloji normativlər
Şəkil 13.5. Sosial normativlər
13.3.Sosial davranış, onun növləri və modelləri
İşçilərin, sosial qrupların və fərdlərin sosial davranışı sosial həyatın determinasiya edilməsi nəticəsidir. Buna hər bir şəxsin, əmək kollektivi və sosial qrupların xüsusiyyətləri də təsir edir, lakin bu sosial mühitin nəticəsi, törəməsidir.
Sosial davranış həm də müəyyən tələbat və mənafelərə uyğun olaraq məqsədyönlü, şüurlu fəallıq prosesidir. Bu fəallıq bir işçi, qrup və kollektiv üçün səmərəli, pozitiv, digəri üçün əksinə ola bilər. Lakin bu və ya digər variantdan asılı olmayaraq tələbat və mənafelərsiz davranış olmur.
Əmək davranışının məqsədi və strategiyası hər bir fərdin, işçinin seçdiyi alternativlər toplusundan asılıdır. İşçinin əmək davranışı müəyyən şəraitdən, məqsədlərdən asılı olaraq müxtəlif olur.
Əmək davranışı işçilərin şüurlu seçilmiş fəaliyyət və davranışıdır. Bu həm də işçilərin istehsal, əmək şəraitinin standart tələblərinə və reallığına uyğunlaşma formasıdır. Əmək davranışının formaları içərisində aşağıdakıları qeyd etmək olar (şəkil 13.6).
Əmək davranışı xəttinin reallaşdırılması konteksti
Məkan-zaman perspektivi məqsədə nail olmaq istiqamətində
Pretmet-məqsədli istiqamət
Əmək davranışının növləri
Konkret davranış taktikası və strategiyasının əsaslandırılması
Subyektin nəzərdə tutulmuş məqsəd və fəaliyyətə nail olma intensivliyi
Konkret nəticəyə nail olmağın metodları və vasitələri
Və
Şəkil 13.6. Əmək davranışının növləri
Dostları ilə paylaş: |