Mövzu 12. Müəssisələrdə işçilərin əməyə uyğunlaşması
12.1.Əməyə uyğunlaşmanın mahiyyəti və onun növləri
12.2.Əməyə uyğunlaşma amilləri.
12.3.Əməyə uyğunlaşmanın səviyyəsi və uyğunlaşma prosesinin idarə edilməsi.
12.1.Əməyə uyğunlaşmanın mahiyyəti və onun növləri
Əməyə uyğunlaşma müəssisələrin normal istehsal fəaliyyətinin təmin olunmasının əsaslarından biridir. Əməyə uyğunlaşma - işçinin onlar üçün tamamilə yeni olan mühitə daxil edilməsi prosesidir. Bu yeni mühit müəssisə və təşkilatların iş rejimi, sosial mühiti, texniki-texnoloji şəraitilə bağlıdır.
İşçi işə girərkən müəyəyn məqsədləri, dəyərlər meylini əsas götürür, özünün sosial vəziyyətini, mövqeyini müəyyən edir, müəyyən tələbatlarını həyata keçirməyə çalışır, müəssisədə fəaliyyət göstərən mövcud davranış normalarına, qaydalarına əməl etməyi öhdəsinə götürür.
İşçinin müəssisədaxili əməyə münasibəti səviyyəsi onun tələbatının yerinə yetirilməsi dərəcəsindən xeyli asılı olur. İşçi ilə bağlı hər bir müəssisənin öz məqsədi, vəzifələri mövcud olur və ondan asılı olaraq işçi qarşısında müəyyən tələblər irəli sürür.
Əməyə uyğunlaşma subyektlə (işçi) və obyektlə (müəssisə, təşkilat) ikitərəfli, qarşılıqlı fəaliyyət mexanizmilə bağlıdır.
Əməyə uyğunlaşmanın iki forması vardır: ilkin uyğunlaşma və ikinci uyğunlaşma.
Əməyə uyğunlaşma çoxcəhətli və mürəkkəb bir prosesdir. Çünki bu proses peşə uyğunlaşması ilə yanaşı sosial psixoloji, psixoloji-fizioloji və digər məsələlərlə də bağlıdır.
Şəkil 12.1-də əməyə uyğunlaşmanın növləri göstərilmişdir.
Psixofizioloji uyğunlaşma-obyekti məcmu əmək şəraitidir
İctimai-siyasi uyğunlaşma-obyekti ictimai fəaliyyətdir
Peşə uyğunlaşması-obyekti peşə fəaliyyətidir
Əməyə uyğunlaşmanın növləri
Sosial-psixoloji uyğunlaşma-obyekti qeyri-formal təşkilati struktur
Sosial uyğunlaşma-obyekti formal təşkilati struktur, qarşılıqlı əlaqə, qaydalar, təlimatlar, davranış normaları
Şəkil 12.1. Əməyə uyğunlaşmanın növləri
Əməyə uyğunlaşma müəyyən mərhələlərdən keçir (şəkil 12.2).
Əməyə uyğunlaşmanın mərhələləri
İş yerləri, fəaliyyət şəraiti, əmək rejimi, əmək şəraiti, əməyin təşkili, stimullaşdırma şərtləri, kollektiv norma və ənənələr
Tanışlıq mərhələsi
Peşə ustalığının mənimsənilməsi, öz imkanlarının və gələcəyinin qiymətləndirilməsi
Qiymətləndirmə mərhələsi
Sabit əmək göstəricilərinin əldə edilməsi, kollektivin norma və dəyərlərinin tamamilə mənimsənilməsi, kollektivin layiqli kadrları sırasına daxil edilməsi
Son və yaxud identifikasiya mərhələsi
Şəkil 12.2. Əməyə uyğunlaşmanın mərhələləri
Dostları ilə paylaş: |