Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Mövzu 11. Əmək fəaliyyətinin motivləşdirilməsi



Yüklə 1,29 Mb.
səhifə46/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

Mövzu 11. Əmək fəaliyyətinin motivləşdirilməsi
11.1.Tələbat və onun sosial məzmunu.
11.2.Tələbat və əmək fəaliyyəti.
11.3.Mənafelər və əmək fəaliyyəti.
11.4.Əmək fəaliyyəti prosesində motivləşdirmənin rolu və funksiyaları.
11.5.Əməyin motivləşdirilməsinin sosial idarə olunması.


11.1.Tələbat və onun sosial məzmunu.

Ayrı-ayrı fərdlərin, sosial qrupların, sosial təbəqə və siniflərin fəaliyyəti müəyyən tələbat və mənafelərlə bağlıdır. Tələbat, xüsusilə maddi tələbat adamların davranışına mühüm təsir göstərir. Tələbatlar, mənafelər və dəyərlər sosial münasibətlərə dərindən nüfuz etmişdir.


Tələbat, mənafelər və dəyərlər iqtisadi münasibətlərlə bilavasitə bağlıdır. Lakin bunlar nəticə etibarı ilə şüurda həkk olunduğuna görə bu, işçilərin, əhalinin, o cümlədən sosial qrupların əhval-ruhiyyəsinə, hisslərinə, onların həyat fəaliyyətinə təsir göstərir.
Tələbat bir qayda olaraq ehtiyacdan irəli gəlir, ehtiyac isə həm şəxsiyyətə, həm kollektivə, həm də cəmiyyətə aid ola bilər. Bu baxımdan mənafelərlə tələbat arasında birbaşa əlaqə vardır.
Mənafe tələbatın ifadəçisidir. Bu baxımdan tələbat da, mənafe də obyektiv bir prosesdir: mənafelər dərk edilmiş tələbatdır, tələbat insanın ictimai mühitə birbaşa olan münasibətdir, mənafe isə tələbatın dərk olunmasıdır.
A.Maslounun motivləşdirmə nəzəriyyəsi tələbatın iyerarxiyalı prinsipinə əsaslanır. О, sübut etmişdir ki, insanlar birinci növbədə özlərinə ən vacib olan tələbatı ödəməyə can atırlar, sonra isə ödəmə meyli pillələr üzrə artır.
A.Maslou nəzəriyyəsi (“Maslou pilləkəni”, “Maslou piramidası”) şəkil 11.1-də göstərilmişdir.

Hörmət və özünəhörmətə tələbat (işçinin müəssisə üçün lazım olmasını hiss etməsi, sosial prestij, yüksək sosial statusa malik olma və s.

Öz qabiliyyətini həyata keçirmək və təkmilləşdirmək tələbatı

5
4




Sosial tələbat (kollektivdə etiraf və müdafiə edilməsi)



Təhlükəsizliyə tələbat (həyatın qorunması, sağlamlıq, sabahkı günə inam, təqaüd təminatı və s.
3
2

Əsas fizioloji tələbat (qidaya, mənzilə, istirahətə və s.) O, pulu, əmək haqqını həmin tələbatın ödənilməsi vasitəsi hesab edir

1


Şəkil 11.1. A.Maslou nəzəriyyəsi (“Maslou pilləkəni”, “Maslou piramidası”)

Tələbatın ödənilməsi səviyyəsi real, obyektiv tələbatla yanaşı, subyektin özündən və xarici mühitdən də asılı olur.


Tələbat əmək fəaliyyəti ilə bağlı olduğuna görə, əslində onunla birlikdə insan tarixini əmələ gətirir.
Müasir adam üçün hələ fizioloji tələbatın ödənilməsi yeganə şərt deyildir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin