9.3.Tarif cədvəli
Tarif cədvəli fəhlənin ixtisasından, habelə sənaye sahəsindən asılı olaraq əməyin tarif üzrə ödənilməsi nisbəti və ya fərqini müəyyən edir.
Tarif cədvəli müəyyən miqdarda dərəcələrdən və onlara uyğun tarif əmsallarından ibarətdir. Tarif dərəcəsi fəhlənin ixtisas səviyyəsi xarakterini göstərir.
Tarif əmsalı, hər bir yuxarı dərəcəli, ixtisaslı fəhlənin əməyinin ödənilməsinin birinci dərəcəli fəhlənin əməyinin ödənilməsindən neçə dəfə yüksək olduğunu göstərir. Tarif əmsallarının əvvəlki və son nisbəti tarif cədvəlinin diapazonunu xarakterizə edir.
Cədvəl 9.1-də tarif cədvəli verilmişdir.
Cədvəl 9.1
Tarif cədvəli
dərəcələr
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
1:1,9
diapazonu
üzrə
əmsallar
|
1,0
|
1,09
|
1,19
|
1,33
|
1,52
|
1,81
|
1,9
|
-
|
1:2,01
diapazonu
üzrə
əmsallar
|
1,0
|
1,08
|
1,2
|
1,33
|
1,53
|
1,8
|
1,89
|
2,01
|
1:2,28
diapazonu
üzrə
əmsallar
|
1,0
|
1,09
|
1,2
|
1,35
|
1,55
|
1,81
|
2,07
|
2,28
|
9.4.Tarif-ixtisas-sorğu kitabçası
Tarif-ixtisas-sorğu kitabçaları vasitəsilə fəhlənin və işin tarifləndirilməsi həyata keçirilir. İşlər və fəhlələr müəyyən ixtisas qrupuna daxil edilərkən aşağıdakı əlamətlər nəzərə alınır:
- işin mürəkkəbliyi;
- işin dəqiqliyi;
- işin məsuliyyəti.
Şəkil 9.3-də vahid və sahə ixtisas sorğu kitabçalarının bölmələri göstərilmişdir.
Vahid və sahə ixtisas sorğu kitabçalarının bölmələri
İşin nümunəsi
Bilməlidir
İşin xarakteri
Dərəcələrə uyğun olaraq müxtəlif növ işlərin təsviri, hər bir dərəcəyə uyğun işlərin nümunəsi
İxtisaslı fəhlədən avadanlığın, alətin işləmə və kəsmə rejiminin seçilməsi və tətbiq edilməsində tələblər, onun nəzəri və xüsusi biliyə malik olması
İşin məzmunu, istehsal prosesində əməyin təşkili formasının mürəkkəbliyi, avadanlığın, mexanizmlərin sazlanmasında, işləmə rejimi və əmək üsullarının seçilməsində işçinin müstəqilliyi
Şəkil 9.3. Vahid və sahə ixtisas sorğu kitabçalarının bölmələri
Mövzu 10. Əmək haqqının forma və sistemləri
10.1.Əmək haqqı forma və sistemlərinin mahiyyəti
10.2.Əmək haqqı forma və sistemlərinin tətbiqi şərtləri
10.3.Müstəqim və qeyri-müstəqim əmək haqqı sistemi
10.4.Mükafatlı-işəmuzd əmək haqqı sistemi
10.5.Mütərəqqi-işəmuzd əmək haqqı sistemi
10.6.Akkord işəmuzd əmək haqqı
10.7.Əməyin ödənilməsinin vaxtamuzd sistemləri
10.8.Rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların əmək haqqının təşkili.
10.1.Əmək haqqı forma və sistemlərinin mahiyyəti
Bölgü münasibətlərinin həyata keçirilməsində əmək haqqının forma və sistemlərinin düzgün seçilib tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sahibkarla muzdlu işçi arasındakı münasibətlər yalnız bazar sferası ilə məhdudlaşmır. İş qüvvəsinin dəyəri və yaxud əmək xidmətinin qiyməti həm əmək bazarı, həm də müəssisə daxilində müəyyən edilir. Burada işçinin əmək fəaliyyəti, konkret əmək töhfələri, müvafiq əmək haqqı, əməyin ödənilməsi qaydasında qarşılıqlı şəkildə ölçülür. Həm əmək ölçüsü, həm də əməyin ödənilməsi ölçüsü bir-birinə uyğunlaşdırılır.
İş qüvvəsi xərclərinin tərkibinə aşağıdakılar daxildir (şəkil 10.1);
Məzuniyyət xərcləri
Qidalanma, geyim xərcləri
Birdəfəlik mükafat
Birbaşa əmək haqqı
Gəlirlərdə, mənfəətdə iştiraka görə səhm gəlirləri
Firmadaxili peşə hazırlığı və ixtisaslaşma ilə bağlı xərclər
İş qüvvəsi xərclərinin tərkibi
Sosial fondlara ayırmalar
İşçilərin sosial müdafiəsinə xərclər
Mədəni-məişət xidməti ilə bağlı xərclər
Şəkil 10.1. İş qüvvəsi xərclərinin tərkibi
Bütün bu xəcləri müəssisə (sahibkar) öz üzərinə götürür.
Müxtəlif istehsal şəraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi, sərf edilmiş əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq əmək haqqının hesablama və tətbiqi qaydaları əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsisdir.
Dostları ilə paylaş: |