Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami



Yüklə 1,29 Mb.
səhifə40/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

9.2.Əməyin ödənilməsinin tarif maaşı
Tarif maaşları ayrı-ayrı dərəcələr üzrə normaların yüz faiz yerinə
yetirildiyi şəraitdə müəyyən vaxtda əmək haqqının mütləq həcmini müəyyən
edir.
Tarif maaşları ay, gün və yaxud saat üçün müəyyən oluna bilər. Aylıq
tarif maaşını iş ayının orta uzunluğuna, yəni 25,6 günə bölməklə günlük maaş
hesablanır.
Birinci dərəcədən sonra gələn dərəcələr üzrə tarif maaşları müvafiq
əmsallar üzrə birinci dərəcədən olan fəhlənin tarif maaşına əsasən müəyyən
edilir.
Birinci dərəcəli fəhlənin tarif maaşı və habelə müvafiq dərəcəli fəhlənin
tarif əmsalı məlum olduqda, istənilən dərəcə üzrə saatlıq tarif maaşını tapmaq
olar:
Ts = T1 x Əs
Burada: Ts - axtarılan tarif maaşı;
T1 - birinci dərəcəli fəhlənin tarif maaşı;
Əs - həmin dərəcəli fəhlənin tarif əmsalıdır.
Müəssisələrdə işlər ayrı-ayrı dərəcəli fəhlələr tərəfindən icra
olunduğuna görə həmin fəhlələrin orta tarif maaşlarının hesablanması lazım
gəlir:
Tor = ∑us • Ts / ∑ÜS

Burada: Tor - fəhlələrin orta tarif maaşı;


us • Ts - bütün fəhlələrin tarif maaşının ümumi məbləği;
ÜS - işçilərin ümumi sayıdır.

Əmək şəraitindən asılı olaraq tarif maaaşlarınm fərqləndirilməsi vacibdir. Əmək şəraitinin ağırlıq, soyuqluq və zərərlilik dərəcəsinə görə tarif maaşları 12%, 16%, 20% və 24% artırılır.


Əmək şəraitinə görə tariff maaşlarının fərqləndirilməsi şəkil 9.2-də göstərilmişdir.i



Soyuq işlərdə çalışan vaxtamüzdçular üçün-12%

Soyuq işlərdə çalışan işəmuzdçular, isti, ağır və zərərli əmək şəraitində işləyən vaxtamuzdçular üçün-16%





Əmək şəraitinə görə tariff maaşlarının fərqləndirilməsi





Xüsusilə zərərli əmək şəraitində işləyən işəmuzdçular üçün-24%

İsti, ağır və zərərli əmək şəraitində işləyən işəmuzdçular və xüsusilə zərərli əmək şəraitində işləyən vaxtamuzdçular üçün- 20%

Şəkil 9.2. Əmək şəraitinə görə tariff maaşlarının fərqləndirilməsi





Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin