Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək haqqının (əməyin ödənilməsinin) əsas funksiyaları



Yüklə 1,29 Mb.
səhifə38/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

8.4.Əmək haqqının (əməyin ödənilməsinin) əsas funksiyaları
Bazar iqtisadiyyatı şəraitində həyata keçirilən bölgü münasibətləri sosial ədalət prinsiplərinin bərqərar olunmasına tam cavab vermir. Odur ki, əməyin ödənilməsi sistemlərinin təkmilləşməsi obyektiv bir zərurət kimi ortaya çıxır.
İqtisadi islahatların qarşısında duran əsas məsələlərdən biri işçilərin öz əməklərinin nəticələrinə maraqlarını gücləndirmək üçün əmək haqqının (əməyin ödənilməsinin) əsas funksiyalarının bərpa olunmasına şəraitin yaradılmasıdır.Əmək haqqının funksiyaları şəkil 8.4-də göstərilmişdir.



Təkrar istehsal funksiyası

Stimullaşdırıcı funksiya

Tənzimləyici funksiya





Əmək haqqının funksiyaları





“Mövqe” (status) funksiyası

İdarəetmə funksiyası

Şəkil 8.4. Əmək haqqının funksiyaları


8.5.Əməyin ödənilməsi fondunun planlaşdırılması


Bazar münasibətləri şəraitində dövlət müəssisələri öz təsərrüfat fəaliyyətini tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə şəraitində qurur.
Özəl müəssisələr isə tamamilə sərbəst, lakin mövcud qanunlara əməl etməklə, sahibkarlıq fəaliyyəti həyata keçirir.
Müəssisələrdə əmək haqqı (əməyin ödənilməsi) fondunun və orta əmək haqqının müəyyən edilməsi nəzərdə tutulur. Əmək haqqının plan fondu - müəssisənin istehsal planının yerinə yetirilməsi ilə məşğul olan bütün işçilərinin əməyin ödənilməsi üçün istehsal xərcləri smetasında nəzərdə tutulan vəsaitlərin məbləğidir.
Əmək haqqı fondunun hesablanması üçün əsas məlumatlar:
- müəssisənin istehsal proqramından;
- işəmuzd işlərə qoyulan qiymətdən;
- peşə və ixtisaslar üzrə fəhlələrin plan sayından;
- bir fəhlənin iş vaxtının plan büdcəsindən;
- başqa kateqoriyadan olan işçilərin plan sayından;
- fəhlələrin əməyinin ödənilməsinin mövcud tarif sistemindən;
- tətbiq olunan əmək haqqı və mükafatlandırma sistemlərindən;
- mühəndis-texniki işçilərin və qulluq­çuların vəzifə maaşları sxemindən;
- əsas dövrün əmək haqqı fondunun quruluşundan ibarətdir.
Müəssisədə əməyin ödənilməsinin vahid fondunu hesablamaq üçün əvvəlcə təsərrüfat hesablı gəliri müəyyən etmək lazımdır:
T = V- Mx - Pf - Fk - Bö - İn ±C
Burada: V - məhsul satışından, xidmətlərdən əldə edilən məbləğ,
Mx - material xərcləri;
Pf - fondlara və əmək ehtiyatlarına görə ödəmələr;
Fk - kreditə görə faizlər;
Bö - hesablanmış gəlirdən büdcəyə ödəmələr;
İH - icarə haqqı;
C - ödənilmiş və ya alınmış cərimələr.
Təsərrüfat hesablı gəlirdən müəssisə risk fondu, istehsalın, elmin və texnikanın inkişafı və sosial inkişaf fondu yaratdıqdan sonra yerdə qalan vəsait əməyin ödənilməsinin vahid fondunu təşkil edir.
ƏÖVF = T ±PFr –FiFs
Burada: T-təsərrüfat hesablı gəlir;
P-sair - planlaşdırılmamış (nəzərdə tutulmamış) gəlirlər, xərclər, itkilər və s.
Fr - risk fondu;
Fı - istehsalın, elmin və texnikanın inkişaf fondu;
Fs - sosial inkişaf fondu.
Əmək haqqı fondunun təsnifatı cədvəl 8.1-də göstərilmişdir
Cədvəl 8.1
Əmək haqqı fondunun təsnifatı

Əmək haqqı fondunun quruluşu

hesabat

plan

İşəmuzd qiymətlər və tarif maaşı üzrə əsas əmək fondu
İşəmuzdçulara və vaxtamuzdçulara əmək haqqı fondundan verilən mükafat
Gecə vaxtı işlənilən işə əlavələr
Bayram günləri işlənilən işə əlavələr
Əsas işdən azad olmayan briqadirlərə verilən əlavələr
Şagirdlərin öyrədilməsi üçün verilən əlavələr
Normal iş şəraitdən kənarlaşmaya görə əlavələr
İş vaxtından kənar iş üçün əlavələr







Saatlıq əmək haqqı fondunun cəmi







İxtisar edilən iş gününə görə yeniyetmələrə verilən əlavələr
Südəmər uşaqlı analara verilən əlavələr







Günlük əmək haqqı fondunun cəmi







Növbəti və əlavə məzuniyyətlərin ödənilməsi
Dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi vaxtı üçün
ödəmələr
İstifadə olunmayan məzuniyyətlərin ödənişi
Uzun müddət bir müəssisədə işləməyə görə verilən əlavələr
İşdən çıxarkən verilən kompensasiya
Başqa müəssisəyə və ya oxumağa ezam edilən işçilərin əmək haqqı







Aylıq (illik) əmək haqqı fondu







Mövzu 9. Əmək haqqının tarif sistemi



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin