Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Müəssisələrdə əmək bölgüsü və əmək kooperasiyası



Yüklə 1,29 Mb.
səhifə34/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

7.3.Müəssisələrdə əmək bölgüsü və əmək kooperasiyası
Kollektiv əmək prosesi bir-birilə zaman və məkan cəhətdən əlaqədar olan çoxlu əməliyyatların birləşməsindən əmələ gəlir. Belə ki, hər hansı məhsulun istehsalı müxtəlif sayda əməliyyatların icrasını tələb edir. Bu işlərin görülməsində müxtəlif sexlər, istehsal sahələri, briqadalar iştirak edir. Bütün bunlar işçilərin müəyyən tərzdə yerəlşəmsini tələb edir ki, bu da özünü əmək bölgüsü və əmək kooperasiyalarında əks etdirir.
Müəssisələrdə əmək bölgüsü və əmək kooperasiyası dedikdə, işləyənlərin fəaliyyətlərinin ixtisaslaşması və onlar arasında qarşılıqlı əlaqələrin müəyyən edilməsi başa düşülür.
Əmək bölgüsünün müxtəlif növləri vardır. Şəkil 7.3-də əmək bölgüsünün növləri göstərilmişdir.

Funksional əmək bölgüsü

Texnoloji əmək bölgüsü





Əmək bölgüsünün növləri



Əməliyyat üzrə əmək bölgüsü





Peşə və ixtisasa görə əmək bölgüsü

Şəkil 7.3.Əmək bölgüsünün növləri

Funksional əmək bölgüsü - müəssisə kollektivinin istehsal fəaliyyətində oynadıqları rola və xidmətə görə bölünməsini nəzərdə tutur.
Texnoloji əmək bölgüsü - məhsul istehsalı prosesinin ayrı-ayrı fazalara, mərhələlərə ayrılmalarından ibarətdir.
Peşə və ixtisasa görə əmək bölgüsü bu və ya digər mürəkkəbliyə malik olan işləri yerinə yetirən işçilər arasındakı əlaqəni ifadə edir.
Əməliyyat üzrə əmək bölgüsü - istehsal prosesinin öz tərkib hissələrinə bölünməsini və hər bir hissənin müəyyən iş yerində bir və ya bir neçə, qrup fəhlə tərəfindən yerinə yetirilməsini ifadə edir.
Müəssisədə əmək bölgüsü ilə yanaşı əmək kooperasiyası da həyata keçirilir. Bir çox şəxsin eyni bir əmək prosesində və ya bir-birilə əlaqədar olan müxtəlif əmək proseslərində müntəzəm şəkildə və birgə iştirak etdiyi əmək formasına əmək kooperasiyası deyilir.
Əmək kooperasiyasının əsas formaları şəkil 7.4-də göstərilmişdir.

İxtisaslaşmış sahələrin sexdaxili əmək kooperasiyası

İxtisaslaşmış sexlərin sexlərarası əmək kooperasiyası




Əmək kooperasiyasının formaları






Biriqada üzvüləri arasında briqadadaxili əmək kooperasiyası

Briqadalar arasındakı sahədaxili əmək kooperasiyası

Şəkil 7.4.Əmək kooperasiyasının formaları




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin