Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əmək məhsuldarlığının artırılması ehtiyatları və onların təsnifatı



Yüklə 1,29 Mb.
səhifə32/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

6.7. Əmək məhsuldarlığının artırılması ehtiyatları və onların təsnifatı
Əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə, istehsalın mövcud olan, lakin onun inkişaf imkanlarından istifadə edilməməsi dərəcəsi başa düşülür.
Müəssisələrin və xalq təsərrüfatı sahələrinin mövcud inkişaf imkanları dedikdə isə:
- texnika və texnologiyanın təkmilləşməsi;
- istehsalın və əməyin təşkilinin yaxşılaşması;
- əvvəllər istifadə edilməyən ehtiyatlardan istifadə olunması;
- müəssisələrarası və müəssisədaxili istehsal əlaqələrinin möhkəm­ləndirilməsi başa düşülür.
Əmək məhsuldarlığının artırılması ehtiyatları bir işçiyə düşən məhsul istehsalının artırılması və ya buraxılan məhsul vahidinə iş vaxtı sərfinin azaldılması məqsədi ilə əməyin məhsuldar qüvvəsinin real imkanından tam istifadə olunmaması başa düşülür.
Əməyin məhsuldar qüvvəsi ilə əmək məhsuldarlığının səviyyəsi arasındakı fərq onun ehtiyatlarını təşkil edir:
E = Əm.q. - Əm.s.

Burada: E- əmək məhsuldarlığının artırılması ehtiyatları;


Əm.q. - əməyin məhsuldar qüvvəsi;
Əm.s. - əmək məhsuldarlığının səviyyəsidir.
Əmək məhsuldarlığının artırılması ehtiyatları bilavasitə aşağıdakı amillərlə bağlıdır
(şəkil 6.4.)

Əmək məhsuldarlığının artırılması ehtiyatlarının təsnifatı





İstehsal prosesində iştirak etmə sahəsindəki fərqdən asılı olaraq

Əmələgəlmə miqyasına görə

Əməkdən istifadə ilə əlaqədar



Ümumi xalq təsərrüfatı

Məhsul istehsalının əmək tutumluluğunun
aşağı salınması ehtiyatları





Əməkdən istifadə sahəsində


Sahələr və sahələrarası



İş vaxtı fondu ehtiyatları


Əmək cisimlərindən istifadə ilə əlaqədar


Sahə və rayon daxili


Müəssisə və sex daxili

Əmək alətlərindən istifadə sahəsində

İşçilərin tərkibinin yaxşılaşdırılması ehtiyatları


Şəkil 6.4. Əmək məhsuldarlığının artırılması ehtiyatlarının təsnifatı


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin