Mühazirələrin icmalı Bakı -2023 «Əməyin iqtisadiyyatı» fənninin proqrami


Əməyin keyfiyyəti və şəraitinə görə fəhlələrin əmək haqqının tənzimlənməsində tarif sisteminin rolu



Yüklə 1,29 Mb.
səhifə39/52
tarix25.12.2023
ölçüsü1,29 Mb.
#195509
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
C fakepathT.Q. liyev. m yin iqtisadiyyat f nni üzr mühazir l(8)

9.1.Əməyin keyfiyyəti və şəraitinə görə fəhlələrin əmək haqqının tənzimlənməsində tarif sisteminin rolu.
9.2.Əməyin ödənilməsinin tarif maaşı.
9.3.Tarif cədvəli.
9.4.Tarif-ixtisas-sorğu kitabçası.


9.1.Əməyin keyfiyyəti və şəraitinə görə fəhlələrin əmək haqqının tənzimlənməsində tarif sisteminin rolu
Tarif sisteminin tətbiqində başlıca məqsəd - müxtəlif əmək növləri üçün əsaslandırılmış tarif maaşlarını tətbiq etməkdən ibarətdir.
Tarif sistemi fəhlələlərin əmək haqqını differensiallaşdırmaq və tənzim etmək üçün lazım olan normativlər məcmusunda ibarətdir.
Dövlət tarif sisteminin köməyi ilə xalq təsərrüfatının sahələri, rayonlar və müxtəlif qrup fəhlələr üzrə əməyin ödənilməsində zəruri nisbətləri mərkəzləşdirilmiş halda tənzim edir.
Əmək haqqının tarif sistemi aşağıdakı ünsürlərdən ibarətdir:
- tarif cədvəli;
- tarif maaşları;
- tarif-ixtisas sorğu kitabçaları;
- əmək haqqına əlavə edilən rayon əmsalları.
Tarif sistemi əmək haqqı barədə dövlət siyasətinin həyata keçirilməsində mühüm iqtisadi alət rolunu oynayır.
Tarif sitemi müəyyən edilərkən müxtəlif amillər nəzərə alınır. Şəkil 9.1-də tarif sistemində nəzərə alınan əsas amillər göstərilmişdir.

Əməyin və işin mürəkkəbliyi

İxtisas səviyyəsi

Əməyin reduksiya əmsalları





Tarif sitemində nəzərə alınan əsas amillər





Əmək şəraiti

Əməyin keyfiyyəti

Şəkil 9.1. Tarif sitemində nəzərə alınan əsas amillər


Əməyin keyfiyyəti - müəyyən məhsul istehsal edə bilmək, iş görmək, hər hansı bir ictimai tələbatı ödəyə bilməklə əlaqədar olan iş qüvvəsinin istehlak dəyərinin məcmuyudur.


Əməyin keyfiyyətinin əmək haqqında əks olunmasının səmərəliliyi həm tarif sisteminin təkmilləşmə səviyyəsindən və həm də tarif maaşlarının əmək haqqındakı xüsusi çəkisindən asılıdır.
Əməyin mürəkkəbliyi - hər hansı bir konkret iş yerində əmək alətlərinin köməyi ilə əmək cisimlərinə təsir göstərmək, onu emal etmək çətinliyindən irəli gəlir.
Əməyin reduksiyası - əsasən icra edilən işin məzmun və xarakterindən asılı halda və ona uyğun gələn ixtisas səviyyəsi üzrə, habelə ixtisaslı əməyin vahid zaman ərzində yaratdığı əlavə dəyərə əsasən müəyyən edilir.
Əmək şəraitini müəyyən edən qrup amilləri: əməyin ağırlığı və gərginliyi amilləri, əmək şəraitinin zərərli olmasına təsir edən amilləri, işin yeksənək və maraqsız olması amilləri.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin