MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə61/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

BRENDLƏR HAQQINDA HEKAYƏ


8.1. Brend hekayəsi nədir?

Brend dedikdə ilk növbədə insanın ağlına nə gəlir? Apple, Nike, Samsung, Tesla, Google, Pampers, Xiaomi, Toyota, Amazon və s. Bu sözləri bir-bir dedikcə, hər birinə aid insanın beynində bir fikir, bir xatirə, bir imic canlanır, elə deyilmi?


Ən sadə izahı ilə brend hekayəsi - brend adını yaddaşa həkk edən, onu sevdirən, rəqiblərindən fərqləndirən dəyərlərdir. Brend sahib olduğu bu dəyərləri hekayə formatına salıb hamıya danışır. Bu hekayənin nə qədər maraqlı, inandırıcı və cəlbedici olması brendin uğurunu şərtləndirir.
Marketinq dedikdə, əlbəttə ki, yalandan uzaq olmalıdır. Şişirtmə ola bilər, amma yalan əsla! Müştərini bir dəfə aldatmaq olar, növbəti dəfə aldatmaq çox çətindir. Brend hekayəsi nağıldan fərqli olaraq mümkün qədər reallığa yaxın olmalıdır ki, hər kəs onu ciddi qəbul etsin: hekayənin qəhrəmanı, baş verən hadisə, mühit potensial müştəriyə doğma və tanış gəlməlidir.
Brend hekayəsinin qəhrəmanı kim ola bilər? Sualına əgər brendin özü cavabını verənlər, yanılırlar. Brend hekayəsinin əsas qəhrəmanları elə ideal müştərilərdir. Elə buna görə, hekayə brend haqqında deyil müştəri haqqındadır.
Əgər hekayənin qəhrəmanı müştəridirsə, o zaman brendin rolu nədir? Google Axtarış reklamından təxmin edilən, kimi hekayədə brendin rolu qəhrəmana yardım etmək və yol göstərməkdir. Batman-1-i böyüdüb tərbiyə edən və onu qəhrəmana çevirən Alferd kimi. Alferd obrazı brendin hekayəsində öz rolunu çox gözəl izah edir. Alferd daima həqiqət tərəfdarıdır və bu da Batmana güc güc verir, yol göstərir və yanlış qərarlar verməkdən çəkindirir.
Brend hekayəsinin ən vacib elementi intriqadır, yəni qəhrəmanın qarşılaşdığı müxtəlif problemlərdir. Onu anti-qəhrəman obrazında da təsəvvür etmək mümkündür və hekayədəki problemin 2 əsas məqsədi var:

  1. Qəhrəmana (müştəriyə) brend məhsulu və ya xidməti almağa mane olmaq.

  2. Qəhrəmanı belə problemə sahib olduğuna inandırmaq.

Brend olaraq hekayənin qəhrəmanına bu problemi dəf etməyə və onu üstələməyə kömək edilməlidir.
Məsələn, hekayənin qəhrəmanı qadın belə bir problemlə üzləşir: çirkli mətbəx və bu mətbəxi təmizləmək zərurəti. Bəs köməyinə kim gəlir? Brend və məhsulu. Brendin obrazının cazibədar olması və bunu müəyyən dərəcədə şişirtmək də olar. Buna baxmayaraq, hekayəni daha yadda qalan və müştəriyə cəlbedici edir.
Başqa bir misal gösrərmək olar: problem müştərinin xarici dil bilməməsi və nəticədə arzuladığı işə qəbul ola bilməməsi. Brendin məhsulu qəhrəmana 2 problemin həllində kömək edir. Hekayədəki anturaj(çevrə) isə reklam mesajını daha da gözəlləşdirir.
Bəzən brendin hekayəsi orijinal, gözəl və yadda qalan olur, lakin, hekayənin bir sonluğu yoxdur. Reklama baxırsan, lakin, yenə də brendin nə demək istədiyini anlaya bilmirsən. Müştəriyə danışdığınız brend hekayəsinin mütləq bir xoş sonluğu olmalıdır ki, qəhrəmanın problemi aşıb, həmin brendin məhsuluna qovuşduğu və xoşbəxt olduğu anı hiss etsin. Hekayənin sonluğunda müştəri özünü əsl qəhrəman kimi hiss etsin. Uğuru əldə etdiyinə görə xoşbəxt və bu anı ona yaşatdığınıza görə sizin brendə minnətdar olsun.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin