MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə64/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

8.5. Türk biznesinin uğur səbəbləri

İqtisadi cəhətdən Türkiyənin necə inkişaf etdiyini hamı görür və bu proseslər bütün iqtisadi sektorlar üzrə davam edir. Xidmət, istehsal sahələrilə yanaşı, pərakəndəçilik də daxil olmaqla, türk şirkətlərinin inkişaf tempi günbəgün yüksəlməkdədir.


Son illərdə Avropanın sürətlə inkişaf edən ölkəsi olan Türkiyənin uğur səbəbləri nədir? Mütəxəssislərin fikrinə əsaslanaraq, səbəblərin izahı aşağıda verilir:
Birinci səbəb dövlət dəstəyidir. Türkiyədə dövlətin sahibkarlara göstərdiyi dəstək, sözün əsl mənasında çox böyükdür. İstər yeni yaranan şirkətlərin dəstəklənməsi, istər ixracın təşviqi, istərsə də ümumi biznesin inkişafı üçün görülən işləri belə qruplaşdırmaq olar:
İxracatın təşviqi. Türkiyədə ixracla məşğul olan şirkətlər üçün dövlər sistemli şəkildə dəstəkverici tədbirlər həyata keçirir. Türkiyə səfirlikləri sektorlar üzrə bazar araşdırmaları aparır və həyata keçirir. Türkiyədə istehsal edilmiş məhsulu, türk brendi olaraq satan şirkətlərə dövlət reklam xərclərinin çox hissəsini öz öhdəsinə götürür. Bəzi hallarda bu dəstək sektorlara görə 80%-a qədər qalxa bilir.
Ölkədə innovasiyaya dəstək sayəsində, bir zamanlar alman biznes modelini kopyalamaqla iş qururdularsa, indi demək olar ki, yeni biznes modellər know-how burada yaranır. Bunun da əsas səbəbkarı dövlətin makro fəaliyyətdir. Yalnız 209-ci ildə Türkiyədə “Biznesdə innovasiyanın tətbiqi” mövzusunda - 7, “Keyfiyyət idarəedilməsi və biznes prosesləri” ilə bağlı – 8 beynəlxalq konfrans təşkil edilmişdir.
İkinci səbəb Türk işgüzarlığıdır. Türk iqtisadiyyatının inkişaf templərinin digər səbəblərindən biri də işgüzarlıqdır. İMOB sərgisində türk iş adamlarının nə qədər işgüzar, nə qədər biznesinə hakim olduqları barədə mütəxəssislər tərəfindən söylənilən fikirləri bunu bir daha sübut edir. Praktik zəka və yorulmaz enerjiyə sahib türk iş adamları Avropa bazarlarını yetərincə fəth edirlər.
Üçüncü səbəb - Qarşılıqlı dəstəkdir. Demək olar ki, dünyanın istənilən yerində türk biznesi vardır. Maraqlı məqam budur ki, həmin ölkələrdə olan türklər yalnız o xidmətlərdən istifadə edirlər. Nümunə olaraq: bir türk Azərbaycandan özünə nootbuk almağı 4 ay ləngidərək, yalnız Türkiyədən almağa qərar verdi. Belə hallar dəfələrlədir və əsası da, yaşadığı ölkədən asılı olmayaraq türk vətəndaşının türk brendinə böyük sevgisi və hörməti var. Statistikaya görə Türkiyənin ən çox mebel ixrac etdiyi ölkə Almaniyadır və bu mebellərin 70%-ni məhz orada yaşayan türklər alırlar. Belə misalları minlərlə çəkmək olar və əsas məqam da odur ki, Azərbaycan biznesinin Türkiyədən öyrənəcəyi çox şey var və bu proses sürətli templə keçirilməlidir.
Türkiyə brend sayına görə 2016-cı ildən bu günədək Avropa ölkələri arasında birinci, patent sayına görə isə dünya üzrə 25-ci yerdədir.
Patent müraciətlərinin ilk sıralarında maşınqayırma, kimya, evdə istifadə olunan elektrik məişət cihazları və avtomobil sektoru gəlir.
Türkiyədə ən çox brend istehsal edən şəhər İstanbuldur, İstanbulu da Ankara, İzmir, Bursa və Antalya təqib edir.

Şəkil 8.1. Patent loqosu.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin