9.2 “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi haqqında qaydalar
AR Prezidentinin 2016-cı il, 863 nömrəli Fərmanına əsasən “Xarici ölkələrə ixracın təşkilinə, xarici ölkələrin bazar araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendlərinin həmin bazarlarda təşviqinə, yerli şirkətlərin xarici ölkələrdə sertifikat və patent almasına, ixraca dair tədqiqat-inkişaf proqram-layihələrinə çəkilən xərclərin dövlət büdcəsindən ödənilməsi və mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilmişdir.
Fərmanda təsdiq edilən Qaydada 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş AR Prezidentinin ehtiyat fondundan AR-nın İqtisadiyyat Nazirliyinə üç milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitlərin Azerbaijan brendlərinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi tədbirləri:
1. Beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak etmək;
2. Beynəlxalq sərgilərdə fərdi qaydada iştirak etmək;
3. Dövlət səhmlərinə nəzarətlə dövlətə məxsus hüquqi şəxslərin Azerbaycan brendilərini təşviq etmək;
4. Xarici ölkələrdə fəaliyyət göstərən rüsumsuz ticarət “duty free”lərdə “Made in Azerbaijan” rəflərini təşkili ilə ölkədə istehsal edilən məhsulları nümayiş etmək;
5. Xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrilə “Made in Azerbaijan” brendinin təbliği.
Beynəlxalq sərgi və ya brendlərdə vahid ölkə stendi ilə iştirakının əsas qaydaları:
1. İxracatçıların iştirakı ilə brendlərin siyahısı və tədbirlərdə iştirak edəcək ixracatçıların maksimum sayı, AR-nın iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, hər il mayın 1-dək Nazirlik tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir;
2. Beynəlxalq sərgi və ya brendlərin təşkili ilə əlaqədar işlər Nazirlik tərəfindən həyata keçirilir.
3. Qaydaya uyğun, vahid ölkə stendi ilə iştirak edilən beynəlxalq sərgi və ya brendlərin cəmi 1 il ərzində 5-dən çox olmamalıdır.
4. Qaydaya əsasən beynəlxalq sərgi və ya brendlər fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləğinə, sərgi və ya brendin keçirildiyi məkanda icarəyə, stendin hazırlanması, dizaynı və quraşdırılmasına və daşınmasına çəkilən xərclər daxildir.
5. Qaydaya əsasən beynəlxalq sərgidə fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği xərclərin 5 min manatdan artıq olmamaqla, 30 faizini təşkil edir.
6. Dövlət mülkiyyətində olan və səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər vasitəsi ilə Azerbacan brendinin təşviqi aşağıdakı qaydada tətbiq edilir:
1. Səhmlərinin nəzarət zərfi dövlətə məxsus, hüquqi şəxslər tərəfindən “Made in Azerbaijan” brendinin təşviq edilməsilə xarici ölkələrdə yerləşən nümayəndəlik və filiallar vasitəsilə həyata keçirilir;
2. “Made in Azerbaijan” brendini xarici ölkələrdə təşviq edəcək dövlət mülkiyyətində olan və səhmlərinin nəzarət zərfi dövlətə məxsus, hüquqi şəxslərin siyahısı Nazirlik tərəfindən həmin hüquqi şəxslərlə razılaşdırılmaqla müəyyən edilir. Məlumatlar Nazirliyin rəsmi internet saytında dərc olunur.
3. Xarici ölkələrdə fəaliyyət göstərən rüsumsuz ticarət “duty free” mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili aşağıda qeyd edilən qaydada tətbiq edilir:
1. “Made in Azerbaijan” rəfləri nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və rüsumsuz ticarət mağazalarının siyahısı, AR-nın iqtisadi və ticari əlaqələri, ölkə məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olmuş müraciətlərə əsasən, müəyyən edilir və Nazirliyin rəsmi internet saytında dərc edilir;
2. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların siyahısının müəyyənləşdirilməsi meyarlarını Nazirlik təsdiq edir;
3. Qaydaya uyğun olaraq “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazalarınnsayı təqvim ilində 2-dən çox olmamalıdır;
4. Müəyyən olunmuş xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısını da Nazirlik müəyyən edir;
5. Müəyyən olunmuş xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda “Made in Azerbaijan” rəfləri həmin mağaza sahiblərilə Nazirlik arasında bağlanan müqaviləyə əsasən yerləşdirilir. Müqaviləni Nazirlik adından bağlamaq hüququ üçüncü şəxslərə verilir.
7. Sertifikat və patent alınmasına dəstəyin təmini;
8. İxracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, əmtəə nişanlarının qeydiyyatına görə, ödənilən məbləği qeyd olunan işlərlə əlaqəli çəkilən xərclərin 5 min manatdan artıq olmamaqla 50 faizinin təşkili.
7. Tədqiqat-inkişaf proqramlarına dəstək məqsədi ilə yerinə yetirilən vacib məsələlər:
1. Proqramları ixracatçıların sifarişi ilə Nazirliyin keçirdiyi müsabiqədə seçilən ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən aparılması. Müsabiqənin təşkili və keçirilməsi qaydalarının Nazirlik tərəfindən müəyyən ediiməsi.
2. Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olan sifarişlərin qiymətləndirilməsinin Nazirlik tərəfindən müəyyən edilməsi.
3. Tədqiqat-inkişaf proqramına görə ödənilən dəstək məbləği çəkilən xərclərin, hər layihə üzrə 80 000 manatdan artıq olmamaqla 50%-nin təşkili.
4. Təqvim ili ərzində keçirilən tədqiqat-inkişaf proqramlarının sayının 8-dan artıq olmamasının təmini.
Dəstək məbləğinin ödənilməsi qaydaları:
Qaydaya uyğun olaraq beynəlxalq sərgi və ya brendlərdə fərdi qaydada iştirak, sertifikat və patent alınması ilə əlaqədar dəstək məbləğinin ödənilməsi qaydaları:
1. Beynəlxalq sərgilərdə brendlərdə fərdi qaydada iştirakı başa çatdığı, sertifikat və patent aldığı tarixdən 30 iş günü müddətində ixracatçı dəstək məbləğini əldə etmək üçün, nəzərdə tutulan qaydalara uyğun ərizəni Nazirliyə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər aiddir:
1. Görülmüş iş, göstərilmiş xidmət və icarə haqqını təsdiq edən sənədlər(invoys, hesab-faktura), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiqli surəti;
2. Beynəlxalq sərgidə fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat;
3. Dəstəklə alınmış sertifikatın, patent və əmtəə nişanının qeydiyyat sənədinin alınması məqsədi ilə rüsum və xidmət haqlarının ödənilməsini təsdiq edən sənədin notarial qaydada təsdiqli surəti.
Dostları ilə paylaş: |