MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə66/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

Effektiv sloqanı necə yaratmalı?
Mütəxəssislərə görə əsas kriteriya daha asan səslənir. “Səslə qafiyə sloqanı yaddaqalan və unudulmaz edir”. Sloqanı rəqiblərindən fərqləndirən və seçim etməyi asanlaşdıran əsas nüansdır. “Creative Advertising” kitabının müəllifi L.Whittier kitabında uğurlu sloqanın formulunu belə izah edir:
“Sloqan - məhsul və xidmətin dəyərini göstərməlidir. Brend mesajının hədəfi cəmiyyətin anlamasına köməkçi olmaqla, reklamlarda davamlı vurğulanmalıdır”.
Keçmişdən-Gələcəyə uğurlu sloqanın necə olmasilə əlaqədar, mütəxəssislərin fikri sabit olsada, hər şeyi dəyişdirən zaman, sloqanlara da təsir edib. Əvvəllər brendlər istehlakçılara daha emosional təsiri seçirdisə, bu tendensiya indi istehlakçının məhsuldan və xidmətdən əldə edəcəyi faydanı göstərir.
Al Riesin sözlərinə görə “Sloqan brend mesajını özündə birləşdirməlidir”. Al Riesin Amerika reklam tarixində ən çox sevdiyi “Motel 6” üçün yaradılmış “İşığı sizin üçün həmişə açıq saxlayacağıq” sloqanıdır. Yaxşı sloqan hər zaman müştərinin bəyəndiyi sloqandır.
Mütəxəssislər birmənalı qeyd edirlər ki, uğurlu sloqan brendin bazardakı mövqeyi haqqında məlumat verməlidir. Sloqan seçilən zaman əsas etibarilə müştərinin gözündən və beynindən fikirləşmək lazımdır.
Sloqan sifarişçinin istəklərinə deyil, daha çox istehlakçının görüb, özünəyaxın hiss etməsini nəzərdə tutmalıdır. Bir çox sloqanın uğursuz olmasının əsas səbəbi də sifarişçinin variantlar arasında özünün bəyəndiyini seçməklə, istehlakçını ikinci plana keçirməsidir.
Son illərdə trend olan bir neçə sözdən brend və brendin eyni anda istifadə edilməsilə, onların uğursuz olmasına gətirib çıxamışdır. Məsələn, son vaxtlar innovasiya sözü və ondan sloqanlarında istifadə edən bir neçə nümunəyə diqqət yetirək:
Asus: Inspiring Innovation;
Nissan: Innovation for all;
Siemens: Global Network of Innovation.
Al Riesin fikirlərinə nəzər yetirsək: “Əgər bir şirkət innovasiya ilə əlaqələndirsə, deməli bu şirkət Appledir. Lakin Apple heç vaxt sloqanlarında innovasiya sözündən istifadə etmir və innovativ məhsullarını daha çox konkret və aydın sloqanlarla çatdırır. Apple iPodu “Cibindəki min musiqi” sloqanı ilə tanıtdı. Aydın sloqanlar Apple neçə ildir ki, liderdir.”
Ad, loqo və sloqanı tam olaraq düşünsəz, bu üç önəmli faktor bir-birini tamamlamalı və vəhdət təşkil etməlidir. Sloqan bir məna ifadə etmirsə, ünvanlandığı müştəriyə yaxşı təsir bağışlamırsa, deməli sadəcə hərf yığınından ibarətdir və rəqiblərə uduzmaq deməkdir. Məsələn, Nike “Ən keyfiyyətli idman brendi bizik” demir. Onun istifadəçiyə planlarını həyata keçirməsi üçün sövq edən sloqanı vardır. Bir brend üçün bu daha uğurludur.
İnsanın diqqətli və əməksevər olmasilə yüksək zirvəyə çatmasının ən mükəmməl numunələrdən biridir. Kodak brendinin təcrübəsinə əsasən, Corc İstmanın həyat yoluna nəzər salsaq, aşağıda verilən məsələlərə diqqət yetiməliyik:
İcad etmək üçün Enşteyn və ya Nyuton olmaq vacib deyil, daha diqqətli olmaq və hamının görə bilmədiklərini görmək lazımdır. Muasir dövrün tələbi məhz budur.
Bəzən gözlənilməyən yerdən uğurlu nələrsə çıxa bilər. Bunun üçün, sadəcə aktivliyi itirmək lazım deyil. Daima nələrisə etməklə, yeniliklər axtarmaq lazımdır.
Düzgün qurulmuş kommunikasiya biznes rəqiblərdən fərqləndirə bilər. Biznesdə reklamın və marketinqin əhəmiyyətini heç vaxt kiçiltmək olmaz. Bu çox təhlükəlidir.
Arzulara çatmağın yolu, onların reallaşdırılmasıdır. Yetər ki, düşündüyünüzü edin. Onda arzularınız da reallaşacaqdır.
Qazandığınız pulları mütləq yenidən biznesə qaytarın! Birdəfəlik bunu bilmək lazımdır: heç bir şəkildə biznes özünə qarşı “kobud” rəftarı sevmir!
Əslində Kodak brendinindən 8-larla, 80-lərlə fikirlər ortaya çıxarmaq olar. Lakin, ən əsas qazanılan dərs, inandığın və əmin olduğun işlərin mütləq reallaşdırılmasıdır. Əgər beyndə hansısa biznes ideya varsa, mütləq onu reallaşdırmaq lazımdır. Ən pis halda bu kimin üçünsə mükəmməl bir həyat məktəbi olacaqdır. Bu barədə düşünməyə dəyər!



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin