9.3. Azərbaycanın ölkədən kənarda tanınan brendləri
Ölkəmizdə kifayət qədər müxtəlif çeşidli məhsul istehsal olunur və təbii ki, hər bir məhsulun tanıtma vəsiqəsi onun brendidir. Keyfiyyətin idarə olunmasilə, brendlər də şirkətlər üçün çox dəyərlidir. Azərbaycanda kifayət qədər xarici brendlərə rast gəlinir. Bəs Azərbaycanın ölkədən kənarda tanınan öz məhsulları, brendləri varmı?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına əsasən, bu günə kimi 55 milli əmtəə beynəlxaq qeydiyyatı alıb. Nümunə olaraq deyə bilərik ki, “Badamlı” üçün “Madrid sazişi” imzalanmışdır. Ölkədə qeydiyyatdan keçmiş əmtəə nişanlarının beynəlxalq qeydiyyatilə bağlı müəyyən işlər görülüb. Belə ki, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə əlaqəli Madrid Sazişi” (Sazişə qoşulmanın tarixi 1775-ci il) və bununla bağlı müvafiq protokol (Protokola qoşulma tarixi 2007-ci il) çərçivəsində milli iddiaçıların müraciətlərinə Azərbaycanda baxılır. Ölkə hüdudlarından kənarda, xarici ölkələrdə nişanların qeydə alınması məqsədilə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilir. Bu dövrə qədər 55-dən çox milli əmtəə nişanı beynəlxalq qeydiyyat alaraq xarici ölkələrdə əqli mülkiyyət obyekti olaraq qorunur. Misal olaraq: “WELL!”, “Innabi”, “Mətanət A”, “SOCAR”, “AZPETROL”, “Sirab”, “Badamlı” və başqalarını göstərmək olar.
9.4. Azərbaycanın xidmət brendləri
Azərbaycanın pilot xidmət brendlərindən: “ASAN”, “MİDA”, “ABAD”və “DOST” və s.
Müasir Azərbaycan haqqında söz açan istənilən əcnəbi ekspertlər əvvəlcə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması layihələrindən, əlverişli geosiyasi məkanda yerləşən respublikamızın nəqliyyat-logistika imkanlarından və ölkə əhalisinə göstərilən sosial xidmətin daha da müasirləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlərdən ağız dolusu danışırlar. Ölkəmizdə haqqında ən çox söz açılan məsələlərdən sayılan sosial xidmətin müasirləşdirilməsi üçün əlverişli addımlar atılır. Ümummilli Liderimiz H.Ə.Əliyevin dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən olan “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” tezisinə əsaslanmış, sosial təminatı, ulu öndərin uzaqgörən siyasi kursunun ən vacib tərkib hissəsidir. 2003-cü ildən həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev də vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayır və bunun bir neçə nümunəsini bir də xatırlayaq:
Birinci: 2012-ci ildə imzalanmış fərmanla yaradılmış AR-nın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ümdə vəzifəsi Azərbaycan xalqına xidmət etməkdən ibarətdir. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun, Azərbaycanda “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsi, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarını, dövlətə məxsus hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin, dövlət qurumlarının informasiya bazalarının inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir.
İkinci: Azərbaycan hökumətinin sosial siyasətinin məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması Azərbaycan vətəndaşlarının mənzilə olan tələbatının təminini aktuallaşdırır. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil problemlərinin həlli prioritet vəzifə kimi əsaslandırılmışdır. Həyata keçirilən islahatların davamı olaraq, dövlət başçısının 9 aprel 2016-cı il tarixli fərmanilə AR-nın Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (“MİDA”) yaradılmışdır və əsas məqsəd isə vətəndaşların yaşayış sahələrinə olan ehtiyacı ödəməklə, mənzil-məişət şəraitini yüksəltmək.
Üçüncü: Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsilə əlavə tədbirlər haqqında AR Prezidentinin avqust 2018-ci il tarixli fərmanına uyğun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxs yaradılıb.
Hər üç dövlət sənədinin imzalanması, ölkə əhalisinə göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. MİDA və DOST xidmətindən fərqli olaraq, “ASAN”-nın nəzdində müxtəlif sahələri əhatə edən yeni istiqamətlər formalaşdırılıb. Onlardan biri də “ABAD”dır. AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs AR Prezidenti İlham Əliyevin sentyabr 2016-cı ildə yaradılmışdır. Əsas məqsən sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakı, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Burada dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri təmin edilir. Mərkəzlər, ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və s. xidmətlər göstərir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistikanın və satışın təşkili “ABAD” tərəfindən yüksək səviyyədə təmin edilir.
Layihədə istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin brendi ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını da təsdiqləyən müvafiq nişan vurulur. Dekorativ-tətbiqi xalq sənətkarlığında dəstək məqsədilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Heydər Əliyev Beynəlxalq Hava Limanında, Bakı dəmir yolu vağzalının ərazisində, Şamaxının Dəmirçi kəndində, “Tufandağ” kurortunda “ABAD” sərgi-satış mərkəzləri açılmışdır. Mərkəzlərdə müxtəlif regionlardan olan sənətkar ailələrin əl işləri və “ABAD”çıların məhsulları satılır.
Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgilərində “ABAD”ın şəxsi stendi xüsusi təqdim olunmuşdur. “ABAD”çıların sayı gündən-günə artmaqda davam edir. Hazırda 241 ailəyə dəstək göstərilir və onların 37-u yeyinti məhsulları istehsalı ilə məşğuldur. Sərgilərdə “ABAD”çı sahibkarların istehsal etdiyi ailə brendləri kimi yeni məhsullar təqdim olunur. Onlardan “Bəh-bəh” sosisləri, “Bizim nemət” kolbasası, “Talalar” pendiri, “Avey” içkiləri, “Şirindil” qənnadı məhsulları dequstator mütəxəssisləri tərəfindən maraqla qarşılanır və “ABAD” sərgi təşkilatçıları xüsusi təşəkkürnamə ilə təltif edilirlər. Sərginin “Ən yaxşı debütu” adına layiq görüldükləri üçün, daha da yaxşı işləməyə ruhlanırlar.
Azərbaycan dövlətinin insan, vətəndaş naminə reallaşdırdığı layihələr beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2018-ci ildə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavın başçılıq etdiyi diplomatik nümayəndə heyəti “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olmuşdur. Qonaqlara ABAD-ın fəaliyyət strategiyası, məqsədi və fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Nümayəndə heyəti “ABAD”çıların əl işləri və istehsal etdikləri qida məhsulları ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki “ABAD” butik vasitəsilə tanış olmuşlar. Azərbaycan brendinin təbliğatını genişləndirmək üçün “Azərbaycan Hava Yolları” və “ABAD”ın əməkdaşlığı çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb. Bu ikinci “ABAD” sənətkarlıq mərkəzidir. Birinci isə 2018-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yaradılmışdır.
Dostları ilə paylaş: |