MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş


Dünyanın ən dəyərli 15 avtomobil brendi



Yüklə 1,8 Mb.
səhifə83/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

Dünyanın ən dəyərli 15 avtomobil brendi

Hər il olduğu kimi, "Interbrand" dünyanın ən qiymətli avtomobil brendlərini sıralayıb.


Fins.az-ın yaydığı xəbərə görə, siyahıda avtomobil sektorunun köklü bir çox brendi iştirak edir. Siyahıda son dövrlər sektora əhəmiyyətli yeniliklər gətirən Tesla da xüsusi yer almışdır.
Dünyanın ən qiymətli 15 avtomobil brendləri:

  1. 15- Tesla - Brend dəyəri: 4.01 milyard dollar.

Dəyişmə: Yox. Ən çox satılan modeli - Model S.

  1. 14- Ferrari - Brend dəyəri: 4,77 milyard dollar.

Dəyişmə: Siyahıya yeni daxil olub. Ən çox satılan modeli - Ferrari 360.

  1. 13- Mini - Brend dəyəri: 5,9 milyard dollar.

Dəyişmə: 3% artım. Ən çox satılan modeli - 4-door.

  1. 12- Harley Davidson (Motosikl) - Brend dəyəri: 5,67 milyard dollar.

Dəyişmə: 3% artım. Ən çox satılan modeli - Street Glide.

  1. 9- Land Rover.

Brend dəyəri: 6,8 milyard dollar. Dəyişmə: 7% artım.
Ən çox satılan modeli – Defender.

  1. 8- Porsche - Brend dəyəri: 8,13 milyard dollar. Dəyişmə: 6% artım.

Ən çox satılan modeli - 79

  1. 7- Volkswagen - Brend dəyəri: 9,52 milyard dollar.

Dəyişmə: 1% artım. Ən çox satılan modeli - Beetle.

  1. 8- Nissan - Brend dəyəri: 9,53 milyard dollar.

Dəyişmə: 4% artım. Ən çox satılan modeli - Sentra.

  1. 7- Audi - Brend dəyəri: 12,02 milyard dollar.

Dəyişmə: 2% artım. Ən çox satılan modeli - A4.

  1. 6- Hyundai - Brend dəyəri: 13,17 milyard dollar.

Dəyişmə: 5% artım. Ən çox satılan modeli: Elantra.

  1. 5- Ford - Brend dəyəri: 13,64 milyard dollar.

Dəyişmə: 5% artım. Ən çox satılan modeli - F Seriyası modellər.

  1. 4- Honda - Brend dəyəri: 22,70 milyard dollar.

Dəyişmə: 3% artım. Ən çox satılan modeli - Civic.

  1. 3- BMW - Brend dəyəri: 41,62 milyard dollar.

Dəyişmə: Yoxdur. Ən çox satılan modeli - 3-cü Seriya.

  1. 2- Mercedes Benz - brend dəyəri: 47,83 milyard dollar.

Dəyişmə: 8% . Ən çox satılan modeli - C Class.

  1. 1- Toyota - Brend dəyəri: 50,27.

Dəyişmə: 6% geriləmə. Ən çox satılan modeli. Corolla.
15 Seçilmiş brendlər öz sözlərini reklamlar ilə çatdırırlar.
Reklamlar da öz təsirlərilə fərqlənirlər:

  1. Keçmişi Kia ilə keçməyə çalışan insanın qısa filmi

Kia, yeni “The Features Film” adlı qısa film yayımladı. David & Goliath reklam agentliyinin hazırladığı 7 dəqiqəlik qısa filmdə keçmişindən qaçmağa çalışan insanın macərası izlənilir. Qaranlıq atmosferi, yüksək təzyiq dolu səhnələr və aksiyon səhnələrilə Hollivud filmlərinə bənzəməyən qısametrajlı filmin sonunda Kia-nın 8 avtomobili görünür və sürpriz aparıcı rollar nümayiş etdirilir.

  1. Apple evdən işləməyin iç üzünü açır.

  2. Gün ərzində ən çox eşitdiyimiz nüanslardan biri “yeni və normaldır” olsa da, son tarixlər, görüşlər, qrup söhbətləri, həmkarlar və müdirlər, bir çoxunun dünyasını təşkil edir. Üstəlik, bu dünyada indi uşaqlar, analar, pişiklər və itlər də vardır. 7 dəqiqəlik yeni reklam çarxilə Apple bu yeni dünyanı ortaya qoyur və Apple-ın işçilərin həyatını necə asanlaşdırdığını, bu müddətdə yaradıcılıqlarını dəstəklədiyini göstərir.

  3. “Biz virus deyilik, Asiyalıyıq!”

Miami Ad School, Covid-17 başladıqdan sonra bütün dünyada Asiyalılara qarşı artan irqçi ritorikaya və hərəkətlərə cavab kimi “Biz Asiyalıyıq” kampaniyasını yayımladı. ABŞ Prezidenti Donald Trampın Covid-17-u “Çin Virusu” adlandırmasından sonra bu nifrət dilinin bütün dünyaya yayıldığını nümayiş etdirən təşviqat filmi, Asiyalıların məruz qaldığı irqçiliyə çox diqqət çəkir. Bu filmdə bütün Asiya ölkələrinin fəxr edəcəyi xüsusiyyətlər təsvir edilr, Asiya mətbəxi, mədəni irsi, zəhməti və pandemiya zamanı ön planda olan cəsarətli səhiyyə işçiləri xüsusilə vurğulanır. Kampaniyanın son cümləsi bəşəriyyət üçün olduqca utandırıcıdır: “Biz virus deyilik, Asiyalıyıq!”

  1. Burger King: “Onu alma, məni al!”

Burger King, rəqibi McDonald’s-ı qəzəbləndirəcək kampaniya ilə istehlakçıların qarşısına çıxmışdır. Helsinkidə başladılan kampaniyada Burger King rəqib McDonald’s mağazalarının qarşısındakı reklam lövhələrindəki məzəli mesajlarla “ağız sulayan” Whopper-i yerləşdirmişdir. Brenddə “Bəzən bunun əvəzinə yalnız bir Whopper istəyərsən?” və “Əvəzinə alovda bişmiş hamburger necə?”
McDonald’sun məqsədi məhsullarına həvəsli olan Helsinki xalqını özünə cəlb etmək idi. TBWA Helsinki kampaniyasının diqqət çəkən məqamı, Burger King-in sözlə deyil, lövhələrin yerləşdiyi nöqtələrə pulsuz sifariş çatdırılmadan istifadə etməsi təklifi idi. (Şəkil 11.33)





Şəkil 11.33. Tam buraya pulsuz çatdırılma əldə edin.

Yeni layihə çərçivəsində Nike, Sao Paulodan Mayamiyədək bir çox mağazalarda Paris Saint Germain formasını almaq istəyən müştərilərə sürpriz hazırlamışdı. Mağazalardakı bütün formaların eyni kolleksiyaçı tərəfindən alındığını və işlənmiş formanında olduğunu söyləyərək, müştərilərdən almaq istədiklərini soruşdu.


Demək olar ki, müştərilərin hamısı Nike mağazasında ikinci əl formaların satıldığına sərt reaksiya göstərdi. Yalnız üç nəfər formaları almaq istədiyini söylədi. Təklifi qəbul edən üç müştərilə layihənin bütün gözəlliyi meydana çıxdı. Formaların Paris Saint Germain futbolçuları tərəfindən istifadə edildiyi söyləndi. 
Onlayn nifrətə qarşı addım-addım. Sosial mediada verilən hər hansı bir reaksiya fərqində olmadan da, şiddətyönümlü ola bilər. Elə İnteraktiv Reklam Bürosu (IAB) tərəfindən yaradılan kampaniya da buna diqqət çəkmək üçün hazırlanmışdır. Kampaniya filmində “Carla” adlı sosial media istifadəçisi başına gələn pis hadisəni insanlarla paylaşır. Gülüş və artan “bəyənmə”, onlayn nifrətin bir hissəsi kimi görünür. IAB Perunun #OnePostAtime kampaniyası hər bir istifadəçini onlayn hücuma qarşı ayağa qalxmağa çağırır. 
Puma, müştərilərini virtual reallıqda “Puma”ya çevirdi.
Yeni Hybrid Astro idman ayaqqabılarını tanıtmaq üçün MediaMonks ilə əməkdaşlıq edən Puma, Şanxaydakı mağazalarında təsirli virtual reallıq yaratmışdır. “Run My Way” şüarilə seçilən layihədə müştərilər sərbəst şəkildə Hybrid Astro və virtual reallıqla təbiətdə “puma” kimi qaçmağa başladılar. “Azadlığı kəşf et və ondan zövq al!” devizilə hazırlanmış kampaniyaya baxanda, reklam haqqında həyəcanlanmamaq mümkün deyil.
LEGO ilə Levi’s şirkətinin birlikdə yeni layihəsi.
Pandemiya dövrü və biznesdə durğunluq olsa da LEGO dünyada sözünü demiş bir Danimarka brendi olaraq, digər şirkətlərlə birlikdə ortaq işlər görür. LEGO şirkəti Levi’s ilə iş birliyindən əvvəl, IKEA ilə ortaq işlər görmüşdür. (Şəkil 13.37.)



Şəkil 11.34. LEGO və Levi’s şirkətlərinin birgə fəaliyyətinin loqosu.

Pandemiya dövrü və bir çox biznesdə durğunluq olsa da LEGO dünyada sözünü demiş Danimarka brendidir və digər şirkətlərlə birlikdə ortaq işlər görməyə davam edir. LEGO şirkət olaraq Levi’s ilə iş birliyindən əvvəl, IKEA ilə ortaq işlər yerinə yetirmişdir. Oyun oynamağın dünyanı daha xoşbəxt yaşayış yeri formasına gətirdiyinə inanan iki şirkət IKEA və LEGO Qrup uşaqların və yetkinlərin birlikdə əylənə biləcəyi oyuna bağlı bir kolleksiya yaratmışdılar. İki brend birlikdə BYGGLEK adı altında bu addımı atmışdılar.


LEGO və Levi’s-i nə birləşdirir? IKEA-dan sonra, LEGO dayanmağı düşünmür və şirkətin birlikdə etmək istədiyi növbəti işbirliyi Levi`s brendilə davam edir. İki böyük brendin birlikdə çox yaxın zamanda satışa çıxarılacaq yeni bir kolleksiya üzərində işlər gördüyü məlum olub və ehtimal ki, birlikdə gördükləri yeni proyekt əlverişli olacaqdır. Danimarkanın köklü brendi olan böyüklərin əldə etmək istəyəcəyi qeyri-adi və heç görülməmiş yeni bir kolleksiya çıxartmaq üçün Levi’s geyim brendilə birlikdə işləyir.
İki brend arasında iş birliyi ilk olaraq Levi’s şirkətinin rəsmi Instagram hesabından bəyan edilmişdir. Lakin işbirliyi və nələr olacağı barədə geniş məlumat paylaşılmamışdır. Paylaşılan postda “Çox yaxında: İki ikonik ad, tək rəngli işbirliyi” başlığı verilmişdir. Yenə də mediaya sızan məlumatlara əsasən, ikili olan addım LEGO loqosu ilə bəzədilmiş köynəklərdir.
Bundan əlavə, klassik LEGO rənglərində sviter və kapşonlu üst geyimləri, beyzbol papağı, Minifigure dizaynlarına sahib başlıq və bel çantalarının satışa çıxarılması gözlənilən addımlar oldu.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin