Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri


Hüceyrə zədələnməsinin kalsium mexanizmi



Yüklə 73,29 Kb.
səhifə8/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
III mövzu (1)

Hüceyrə zədələnməsinin kalsium mexanizmi.Kalsium ionlarınınhü­ceyrə daxilində artıq miqdarda toplanmasının zədələnmənin patogenezində böyük rolu var. İntrasellülar sahədəCa2+ əsasən mitoxondri və endoplazmatik retiku­lum­da toplanır. Bütün bunlar ilk növbədə hüceyrədə oksidləşmə ilə fosforlaşma ara­sın­dakıəlaqənin pozulması, enerji defisitinin yaranması, enerjidən asılı ATF-azaların işinin ləngiməsi ilə bağlıdır. Membran keçiriciliyinin pozul­ması bu prosesi daha da dərinləşdirir. Elektrolitlərin normada mövcud olan qatılıq qradiyenti dəyişməyə başlayır: Na+, Ca2+, Cl- ionları hüceyrəyə daxil olur, K+, Mg2+ isə hüceyrəni tərk edir. Sitoplazmada kalsiumun miqdarının artması həm ATF-in azalması ilə bağlı dəyişikliklərə, həm də membran fosfolipidlərinin oksidləşməsinə, membran və sitoskeletin zülallarının parçalanmasına və nüvə xromatininin zədələnməsinə səbəb olur.

Beləliklə, hüceyrə zədələnməsinin yuxarıda qeyd olunan üçəsas me­xa­nizmi (enerji defisitinin yaranması, membran keçiriciliyinin pozulması və kalsium mexanizmi) biri digərinin inkişafına səbəb olmaqla qüsurlu dövran yaradır.




Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin