Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri


Mitoxondridə enerji hasilatının pozulması vəATF-in tükənməsi



Yüklə 73,29 Kb.
səhifə6/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
III mövzu (1)

Mitoxondridə enerji hasilatının pozulması vəATF-in tükənməsi zədələnmənin ən universal mexanizmidir. ATF sintezinin azalmasının əsas səbəbləri işemiya və hipoksiyadır. Bu zaman yaranan enerji defisiti nəticəsində hüceyrənin çox mühüm plastik və energetik funksiyaları – zülal, lipid və karbohidrat sin­tezi; enerjidən asılı aktiv nəqlolunmanı təmin edən ion nasoslarının (Na+/K+-ATF-aza, Na+/Ca2+-ATF-aza, Ca2+/Mg2+-ATF-aza) fəaliyyəti po­zu­lur. Nəticədə hüceyrə daxilində natrium və kalsium ionlarının, xaricində isə kalium ionlarının qatılığı artır. Hüceyrədaxili mühitdə osmotik təzyiqin artması, su molekullarının hüceyrəyə keçməsi hüceyrənin, endoplazmatik retikulumun, mitoxondrilərin şişməsinə səbəb olur. Hüceyrəşişərək, öz təbii membran mikroxovlarını itirir və onun üzərində daha iri membran qovuqcuqlarıəmələ gəlir. Enerji defisitini kompensasiya etmək üçün anaerob qlikoliz sürətlənir ki, bu da öz növbəsində hüceyrənin qlikogen ehtiyatının azalması, mübadilənin turş xassəli aralıq məhsullarının artması, pH-ın azalması, nüvədə xromatinin sıxlaşması ilə nəticələnir. Ca2+-un sitozolda artması nəticə­sində hüceyrənin və orqanellərin membranları zədələnir və hüceyrədə geridönməyən nekrobiotik proseslər başlayır.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin