Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri


HÜCEYRƏ ZƏDƏLƏNMƏSİ ZAMANI ADAPTASİYA MEXANİZMLƏRİ



Yüklə 73,29 Kb.
səhifə3/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
III mövzu (1)

HÜCEYRƏ ZƏDƏLƏNMƏSİ ZAMANI ADAPTASİYA MEXANİZMLƏRİ

Zədələyici amilin təsiri zamanı hüceyrə homeostazının pozulması nə­ticəsində inkişaf edən adaptasiya reaksiyalarınahipertrofiya, hiperplaziya, metaplaziya, displaziya, atrofiya və s. aiddir.Proliferasiya qabiliyyəti olmayan hüceyrələrdə (məsələn, eninəzolaqlıəzələ) sintez prosesləri sürətlənir, orqanoidlərin həcmi artır, bütövlükdə hüceyrənin həcmi, ölçüsü böyüyür. Belə adaptiv reaksiya hipertrofiya adlanır. Bölünmə qabiliy­yəti olan hüceyrələrdə bölünmənin sürətlənməsi və onların sayının artması ilə səciyyələnən adaptiv reaksiya – hiperplaziya inkişaf edir. Metaplaziya zamanı adaptiv dəyişikliklərə məruz qalan hüceyrənin ge­netik aparatında reproqramlaşma gedir və eyni rüşeym qatından əmələ gəl­­miş bir hüceyrə tipi digəri iləəvəz olunur. Uzun müddət siqaret çəkən insanlarda tənəffüs yollarının kirpikli epitelinin yastı epitel hüceyrələri iləəvəz olunması buna misal ola bilər. Metaplaziyadan fərqli olaraq, displaziya zamanı genetik reproqramlaşma nəticəsində toxumada ölçüsünə, formasına, quruluşuna görə müxtəlif olan hüceyrələrin çoxalmasına rast gəlinir. Bu daha təhlükəli adaptasiya reaksiyası hesab olunur. Displaziya geri dönə bi­lən proses olsa da, şişönü vəziyyət kimi qiymətləndirilir.

Patogen amilin təsirindən, keyfiyyətindən asılı olaraq, hipotrofiya, hipoplaziya, atrofiyakimi cavab reaksiyaları da yarana bilər.

Patogen amilin təsirindən hüceyrə və toxumaların məhv olması ilə nə­ti­cələnən patoloji prosesənekroz(yunanca “necros” – ölmüş) deyilir. Hüceyrəölü­mü­nün bu növündə genetik nəzarət mexanizmi yoxdur. Nekroz prosesində bir neçə mərhələ ayırd edilir: paranekroz, nekrobioz və nekroz. Paranekroz nekrozun ilk mərhələsi olub, digər mərhələlərə nisbətən daha uzun müddət davam edir və bu zaman hüceyrədə inkişaf edən dəyişikliklər geridönən xarakter daşıyır. Əlverişli şərait yaranarsa, para­nekroz vəziyyətinə düşmüş hüceyrənin həyatı bərpa ola bilər. Nekrobiozəv­vəlki mərhələdən fərqli olaraq, qısa müddət davam edən prosesdir. Bu za­man katabolizm prosesləri üstünlük təşkil edir, geridönməyən dəyişikliklər əmələ gəlir, zədələnmə daha da dərinləşir və nekroz ilə nəticələnir. Hüceyrə zədələnməsi zamanı yaranan dəyişikliklərin geri­dö­nən və ya geridönməyən olmaqla iki yerə ayrılması nisbidir. Buna baxma­yaraq, membran keçiriciliyinin artması, membranda qovuqcuqların əmələ gəlməsi, hüceyrənin, mitoxondrilərin və endoplazmatik retikulumun şiş­kin­ləşməsi, ribosomların endoplazmatik retikulumdan ayrılması, polisomların dissosiasiyası, nüvədə xromatinin qalınlaşması hüceyrə zədələnməsinin geridönən dəyişiklikləri hesab edilir

Zədələnmə daha da dərinləşərsə, geridönməyən dəyişikliklər: hüceyrə membranının tamlığının itməsi, mitoxondridə ATF sintezinin dayanması, mitoxondrial membranın destruksiyası nəticəsində H+ ionlarının və sito­xrom-c-nin mitoxondridən sitozola çıxması, nüvədə DNT-nin defraq­men­tasiyası, lizosomal membranın zədələnməsi, orqanoidlərin autolizi və s. yaranar. Bu dəyişikliklərin labüd nəticəsi nekrozdur.

Nekrozun koaqulyasion, kollikvasion (liquefactive), kazeoz və s. kimikli­nik-morfolojinövləri mövcuddur. Bunlardan ən çox təsadüf olunanıkoaqul­yasion və ya quru nekrozdur. Nekrozun bu növü zülallarla və kalsiumla zən­gin olan toxumalar (ürək əzələsi, böyrək, dalaq və s.) üçün xarakterikdir. Xarici mühitlə bilavasitə təmasda olan orqan və toxu­ma­larda baş verən koaqulyasion nekroz quru qanqrenaadlanır. Bu zaman to­xu­malar qara rəng alır ki, bu da hemoqlobinin parçalanması nəticəsində azad olmuş dəmirlə havadakı hidrogen-sulfid arasındakı reaksiya nəticə­sində dəmir-sulfidin əmələ gəlməsi iləəlaqədardır. Aşağıətraf damarlarının aterosklerozu və trombozu zamanı yaranan koaqulyasion nekrozu quru qan­qrenaya misal göstərmək olar. Kollikvasion nekroza lipidlər və su ilə zəngin olan beyin toxumasında və bağırsaqlarda daha çox rast gəlinir. Nekrozun bu növündə lizosomal autoliz və faqositar heteroliz nəticəsində baş verən hid­rolitik proseslər üstünlük təşkil edir. Nəticədə nekrozlaşmış sahə yumşalır və onun yerində sista əmələ gəlir. Kollikvasion proseslərin üstünlüyü ilə ge­dən bakterial mənşəli nekroz yaş qanqrenaadlanır. Kavernoz vərəm zamanı həm koaqulyasion, həm də kollikvasion nekrozun əlamətlərinə eyni za­man­da rast gəlinir ki, bu kazeoz (kəsmiyəbənzər) nekroz adlanır.




Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin