Şəkil 7.1. A firması üçün optimum
Nəzərə almaq lazımdır ki, A firmasının ( ) optimumu onun B firması üçün güman etdiyi hərəkətinə əsasən müəyyən edilib. Tarazlıq halını tapmaq üçün bizə həm də -nin başqa mümkün variantları üçün A firmasının optimumunu hesablamaq lazımdır. Şəkil 7.2-də -nin iki kənar həddi üçün vəziyyət əks olunub.
Əgər B firması heç nə istehsal etməzsə, yəni = 0 olarsa, onda A firmasının qalıq tələbi faktiki olaraq ümumi bazar tələbinə uyğun olur: (0) D. Aydındır ki, bu halda A firması istehsalın inhisar miqdarını (qM) seçəcəkdir: (0) = qM.
Əgər B firması təkmil rəqabətə uyğun istehsal miqdarını seçərsə, yəni = qC olarsa, həm də bu halda P(qC) = c olduğundan, A firması üçün optimal buraxılış miqdarı (qC) = 0 olar. Mahiyyətcə, bu, son hədd xərclərin son hədd gəlirləri ilə kəsişdiyi (qC)-ə uyğun nöqtədir.
Dostları ilə paylaş: |