Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


Şəkil 7.3. A firmasının reaksiya funksiyası



Yüklə 0,85 Mb.
səhifə5/26
tarix30.12.2021
ölçüsü0,85 Mb.
#49069
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

Şəkil 7.3. A firmasının reaksiya funksiyası

Şəkil 7.2. İki kənar hal

Aydındır ki, xətti tələb və sabit son hədd xərcləri şəraitində ( ) funksiyası da xətti olacaq. Artıq hər iki kənar miqdar nöqtəsini bildiyimizdən, ( ) funksiyasını tam şəkildə təsvir edə bilərik (şəkil 7.3). Diqqət yetirmək lazımdır ki, bu şəkildəki qrafikdə üfüqi xəttdə B firmasının istehsal/buraxılış miqdarı ( ), şaquli xəttdə isə qiymət yox, A firmasının istehsal/buraxılış miqdarı ( ) verilib. Bu şəkildəki ( ) funksiyası A firmasının reaksiya funksiyası (əyrisi) adlanır. O, B firmasının güman olunan istənilən mümkün seçimində A firmasının optimal seçimini əks etdirir.

A firmasının reaksiya əyrisi artıq bəlli olduğundan təhlilin ikinci mərhələsinə - tarazlıq nöqtəsini müəyyən etməyə - keçə bilərik. Tarazlıq – bu, rəqibinin hərəkətləri barədə öz gümanlarına əsaslanaraq, firmaların özləri üçün optimal istehsal həcmi kimi seçdikləri nöqtədir. Bu tarazlıq nöqtəsi ( , ) miqdar cütünə uyğundur: burada,


  • – B firmasının q2 buraxılış miqdarına A firmasının optimal reaksiyasıdır;

  • - A firmasının q1 buraxılış miqdarına B firmasının optimal reaksiyasıdır.

Yuxarıda A firmasının reaksiya funksiyasını təqdim edilsə də, B firmasının reaksiya funksiyası göstərilməyib. Bununla belə, şərtlərə əsasən hər iki firmanın xərc funksiyası eyni olduğundan, belə nəticəyə gəlmək olar ki, B firmasının ( ) reaksiya funksiyası A firmasının ( ) reaksiya funksiyasına simmetrikdir. Hər iki reaksiya funksiyasını eyni bir qrafikdə əks etdirməklə tarazlıq nöqtəsini tapmaq olar (şəkil 7.4).




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin