MüLKİ HÜquq anlayişI, pred-meti VƏ metodu



Yüklə 43,17 Kb.
səhifə7/13
tarix02.01.2022
ölçüsü43,17 Kb.
#43263
1   2   3   4   5   6   7   8   9   10   ...   13
referat 1580

-ümumi hissə;

-xüsusi hissə.

Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.

Mülki prosessual hüququn xüsusi hissəsində nəzərdə tutulmuş nor-malar prosesin müvafiq mərhələsini və mülki mühakimə icraatının növ-lərinə dair münasibətləri tənzimləyir.

3. MÜLKİ HÜQUQUN METODU.

Hər bir hüquq elminin elmi tədqiqat metodu dedikdə, onun pred-metini dərk etmək və elmi nəticə əldə etmək üçün istifadə edilən üsul və vasitələr nəzərdə tutulur. Elmi dərketmə metodları haqqında elm meto-dologiya adlanır.

Mülki hüququn metodunun məzmunu mühüm dərəcədə mülki hü-quqla nizama salınan münasibətlərdən, yəni onun predmetindən asılıdır. Mülki hüquq xüsusi hüquq sahəsinə aid olduğu üçün burada ümumi hü-quq üçün xarakterik hakimiyyət və tabeçilik, imperativ hakimiyyət gös-tərişləri (məcburi) və qadağaları kimi metodlar yox, xüsusi hüquqda isti-fadə edilən icazə vermə, səlahiyyət vermə, yəni subyektlərlə öz təşəbbü-sü ilə hüquqi hərəkətlər etmək imkanı vermək, öz ehtiyac və mənafelə-rini təmin etmək üçün sərbəst olaraq hüquqi vasitələrdən istifadə etmək hüququnu vermək kimi metodlar tətbiq edilir.

Mülki hüququn metodu anlayışına aşağıdakı komponentlər (tərkib hissələri) daxildir:




Yüklə 43,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin