Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri. Mülki müdafiə üzrə idarəetmə. Mülki müdafiə qərargahları və onların əsas vəzifələri


İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır



Yüklə 44,65 Kb.
səhifə9/17
tarix12.01.2023
ölçüsü44,65 Kb.
#78993
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
MM və İTY müh 1.pptx

İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır:

  • İdarəetmə qətiyyətli olmalıdır.

Bu rəhbərlərin inamla qərar qəbul etmək bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir.
Bu tələb, sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o
deməkdir ki, hər bir qərar, təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər.

  • İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin operativ surətdə

nəzərə alınması deməkdir. Mülki Müdafiə rəhbəri
şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında
dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə və icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır
olmalıdır. Buna nail olmaq üçün başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır.

  • İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetmə sistemi hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə

imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və
rabitə qovşaqlarını əvvəlcədən yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə
bütünlükdə idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail olmaq
mümkündür. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, adətən uğursuzluqla nəticələnir.

  • İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir.

Yəni operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik rejim və qaydaları mütləq gözlənilməlidir.

  • İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır.

İdarəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi, Mülki Müdafiə qüvvələrinin
hazırlıq dərəcəsindən bir səviyyə yüksək
olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.

Yüklə 44,65 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin