MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ HÜQUQLARI fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən
olunmuş qaydada iştirak etmək;
mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;
fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq;
Mülki Müdafiənin təşkil edilmə prinsipləri və məqsədləri 1.ərazi prinsipi (mülki müdafiə tədbirlərinin
Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2.fərqli və kompleks yanaşma prinsipi
(Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin,
istehsal və sosial təyinatlı obyektlərin hərbi-
strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
3.kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhalini əhatə etməsi və məcburi xarakter daşıması);
4.daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli
fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5.dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi);
6.qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən dövlət
orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).