Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri: 1.Fövqəladə halların təsirindən, əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi.
2.Fövqəladə hadisələr zamanı, insanların sağlamlığına təhlükə yaranması barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin xəbərdar edilməsi.
3.Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəza-xilasetmə və digər
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi.
4.Rəhbər heyətin, Mülki müdafiənin idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda
mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili.
5.Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin, müəssisələrin, idarə və
təşkilatların sabit fəaliyyətinin təmin
olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki
tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ DÖVLƏTİN VƏZİFƏLƏRİ Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
dövlət siyasətini, o cümlədən, vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən
etmək, zəruri normativ hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu,
tərkibini, onun iştirakçılarının qarşılıqlı
əlaqəsi, maliyyə və maddi-texniki təminatı
qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki
müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədli və düzgün istifadə olunmasını təmin etmək;
fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;
mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək; MÜLKİ MÜDAFİƏ SAHƏSİND