Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş
müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Mülki Müdafiə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, «Mülki
Müdafiə haqqında» qanundan, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Mülki Müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə
əhəmiyyətini və digər amilləri nəzərə alaraq
respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar
Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası ərazisinin Mülki
Müdafiə üzrə zonalara bölünməsi 1 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.
Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III qrup olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər
təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri,
sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət
evlərinə, teatr, kinoteatr və sirklərə,
kommunal-məişət xidməti idarələrinə, kənd
təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.
Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid
ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi
siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir.
Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.