işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə
biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;
mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə
olunma vasitələri ilə onların təminatı
qaydasını, formasını və şərtlərini Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələri: 1.Mülki müdafiə sahəsində Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.
2.Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq.
3.Fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək.
4.Fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək.
5.İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq.
6.Mülki müdafiə işarələrini (siqnallarını) bilmək və onlara uyğun hərəkət etmək.
7.Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində dərhal müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək.
8. Mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri
vicdanla yerinə yetirmək