Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. §6



Yüklə 0,73 Mb.
səhifə27/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   23   24   25   26   27   28   29   30   ...   90
Mülki müdafiə-converted

Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. §6. Mülki Müdafiə siqnalları və əhalinin davranış qaydaları.
İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri.
Fövqəladə hadisələr zamanı mülki müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti – Mülki Müdafiə rəhbərliyinin və qərargahlarının özlərinə tabe olan qüvvələrə fasiləsiz rəhbərlik etməsindən və onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına vaxtında yönəltməkdən ibarətdir.
Mülki Müdafiə – Mülki Müdafiə rəhbərinin qərarına əsasən idarə edilir. Qərar qəbul etmək mürəkkəb və məsuliyyətli işdir, həmçinin Mülki Müdafiə rəhbərinin əsas vəzifəsidir. Mülki Müdafiə rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin əsas məqsədini, mahiyyətini və icra üsullarını müəyyən edən ana xətt rolunu oynayır. İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır:

  • İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb, sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar, təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər. Əmr və ya sərəncam imzalandıqdan sonra mübahisəsiz, dəqiq və vaxtında həyata keçirilməlidir. İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların icrasına ciddi nəzarəti, tabelikdəki heyətə yüksək tələbkarlıq göstərilməsini, icraçının boyun qaçırmaq üçün subyektiv, yaxud obyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur.

  • İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin operativ surətdə nəzərə alınması deməkdir. Mülki Müdafiə rəhbəri şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə və icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. Buna nail olmaq üçün başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır.


  • Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin