Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Səyyar idarəetmə məntəqəsi



Yüklə 0,73 Mb.
səhifə29/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   25   26   27   28   29   30   31   32   ...   90
Mülki müdafiə-converted

Səyyar idarəetmə məntəqəsi rabitə vasitələri ilə təchiz olunmuş nəqliyyat vasitələrində düzəldilir. Səyyar idarəetmə məntəqəsi stasionar idarəetmə məntəqəsi olmayan zədələnmə ocaqlarında və MM qüvvələrinin yürüş marşrutlarında bilavasitə hərəkət zamanı operativ idarəetmə üçün təşkil edilir. Səyyar İM-nə Mülki Müdafiə rəhbəri və ya onun müavini başçılıq edir. Bu zaman Mülki Müdafiə qərargahının rəisi stasionar idarəetmə məntəqəsində qalaraq digər tədbirlərin icrasını təşkil edir.
Təyinatına görə İM-nin əsas, ehtiyat və yardımçı növləri ola bilər. İdarəetmə məntəqələrinin yerləri və sayı hökumətin qərarı ilə müəyyən edilir, müvafiq nazirliklərin, yaxud icra hakimiyyəti orqanlarının vəsaiti hesabına tikilir, avadanlaşdırılır və qorunub saxlanılır.
Əsas idarəetmə məntəqəsində Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri (baş mütəxəssislər), MM qərargahının əsas heyəti (qərargah rəisi, şöbə və bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri və s. verilir.
Ehtiyat idarəetmə məntəqəsində Mülki Müdafiə rəisinin müavini, qərargah rəisinin müavini, xidmət rəislərinin köməkçiləri və s. yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri də verilə bilər.
Yardımçı idarəetmə məntəqəsi bütün tədbirlərə əsas idarəetmə məntəqəsindən rəhbərlik etmək mümkün olmayan hallarda, məsələn, biri digərindən uzaq sahələrdə eyni zamanda xilasetmə işləri aparılarkən müəyyən müddət üçün yaradılır. Yardımçı idarəetmə məntəqəsinin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri tərəfindən təyin edilir.
Ölkəyə düşmən basqını təhlükəsi yaranan dövrdə idarəetmə məntəqələrində vəzifəli şəxslərin fasiləsiz növbətçiliyi təşkil edilir. Oradakı rabitə-xəbərdarlıq vasitələri iş vəziyyətinə gətirilir, məntəqə kəşfiyyat nəzarət cihazları və digər avadanlıqlarla təchiz olunur, onun qorunması təşkil edilir, yaxınlığında radiasiya və kimya müşahidə məntəqələri qurulur, işçi və xidmətçi heyətlərin vəzifələri dəqiqləşdirilir.
Mülki Müdafiə tədbirlərinin təşkili və yerinə yetirilməsi üzrə Mülki Müdafiə rəhbəri və qərargahının fəaliyyət qaydası, əsasən, yaranmış şəraitdən, qarşıya qoyulan konkret vəzifələrdən və icra üçün verilən müddətdən asılı olur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin