Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları



Yüklə 0,73 Mb.
səhifə34/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   30   31   32   33   34   35   36   37   ...   90
Mülki müdafiə-converted

Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları.
§7. NÜVƏ SİLAHI VƏ ONUN ZƏDƏLƏYİCİ AMİLLƏRİ
Nüvə silahı haqqında anlayış
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir.
Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nəzərə alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki məsələlərin həlli üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, böyük ərazilərdə, ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür.
İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. Nəticədə 313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır.
Nüvə silahları o silahlara deyilir ki, onların dağıdıcı təsir qüvvəsi nüvə daxili enerjinin ayrılması hesabına baş versin. Nüvə çevrilmələri zamanı əmələ gələn enerjiyə nüvə enerjisi deyilir. Məlum nüvə silahlarının istifadəsində partlayışlar iki üsulla həyata keçirilir:

  • atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element atomları bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə reaksiyası adlanır;

  • hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları birləşərək daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir.

Nüvə silahlarında zəncirvari reaksiyaları uran və plutonium elementləri təşkil edir. Onlar çox radioaktiv maddələr olduqları üçün sərbəst halda da bölünərək özlərindən hissəciklər buraxırlar.
Nüvə sursatının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalenti – nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər olan adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Nüvə sursatının trotil ekvivalenti tonla, kilotonla və meqatonla ölçülür.
Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə daşıyıcılarına yerləşdirirlər:

  • ballastik raketlərin başlıq hissələrində;

  • zenit və qanadlı raketlərin döyüş hissəsində;

  • aviasiya mərmilərində; – artileriya mərmi və minalarında; – torpedoların döyüş hissələrində; – mühəndis minalarında.

Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edilməsində kompleks xarakter daşıyır, böyük əraziləri əhatə edir və öz təsirini uzun müddət saxlayır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin