Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər



Yüklə 0,73 Mb.
səhifə10/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   6   7   8   9   10   11   12   13   ...   90
Mülki müdafiə-converted

Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 - dək hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir.
Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.
Zəlzələ ocağının dərinliyi – zəlzələnin gücündün asılı olaraq 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.
Zəlzələ enerjisinin intensivliyi, 12 (on iki) ballıq Rixter şkalası üzrə ölçülür.

NÖVÜ

BALLAR

ÜMUMİ TƏSNİFATI

XARİCİ TƏSİRİ

Zəif

1

hiss edilməyən

Cihazlar yer titrəyişini qeydə alsalar da, insanlar bunu hiss etmir

2

çox zəif

Binaların yuxarı mərtəbələrində yaşayan
insanlar yüngül titrəyiş hiss edir

3

z ə i f

Bir çox insanlar titrəyişi hiss edir

4

mülayim

Zəlzələni hamı hiss edir, şüşələr silkələnir

Güclü

5

biraz güclü

Yatmışların çoxu ayılır, çilçıraqlar yellənir və s.

6

güclü

Binalar zəif zədələnir, divarların suvağında nazik çatlar əmələ gəlir







7

çox güclü

Divarlarda çatlar əmələ gəlir, divarların suvaqları hissə-hissə tökülür, tüstü sobaları qismən dağılır

Dağıdıcı

8

dağıdıcı

Karnizlər, tüstü sobaları düşür, divarlarda çatlar əmələ gəlir və qismən dağılır,
insanların ayaq üstə hərəkəti çətinləşir

9

viranedici

Binaların divarları və üst örtüyu dağılır

10

məhvedici

Bir çox binalar dağılır və yer səthində 1m eninədək çatlar əmələ gəlir

11

fəlakətli

Dağlarda böyük uçqunlar olur, yer səthində çatlar və oyuqlar əmələ gəlir

12

güclü fəlakətli

Yer səthinin relyefi qismən dəyişir


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin