Fərdi sarğı paketi (İPP) yaralara və yanıq yerlərinə sarğı qoymaq,
turna isə
qanaxmaları dayandırmaq üçün istifadə edilir.
Radiasiya, kimya kəşfiyyatı və dozimetrik nəzarət cihazları.
Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi –
müxtəlif radiasiya
şəraitində əhalinin və MM qoşunlarının fəaliyyətini təmin etmək məqsədilə
ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı
təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
-
əhalinin həyat fəaliyyətini və zədələnmə ocaqlarında xilasetmə və təcili qəza-
bərpa işlərinin müvəffəqiyyətlə icra
edilməsini təmin etmək üçün
şüalanmaların aşkar edilməsi və ölçülməsi;
-
dezaktivasiya və sanitariya təmizlənməsinin keçirilməsi zərurətini,
habelə
zəhərlənmiş ərzaq məhsullarından istifadə etmək normalarını təyin etmək
üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;
-
radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş və həyat qabiliyyətini
təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi.
- ərzaq məhsullarının, suyun, alafın radioaktiv
maddələrlə zəhərlənmə
dərəcələrinin laboratoriyalarda ölçülməsi.
Dozimetriya cihazları – onların təyinatına, ölçülən şüalanmanın növünə və cihazın
sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
Dostları ilə paylaş: