fəaliyyətini davam etdirən obyektlərin işçiləri, təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən
sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra
yenidən köçürüldüyü rayona aparılır. Qalan əhali isə
ərazi prinsipi üzrə yaşayış yerlərindən
köçürülür.
Əhalinin köçürülməsinin əsas üsulu
kombinasiyalı üsuldur. Bu zaman əhalinin
bir qismi əldə olan bütün
nəqliyyat vasitələrində, digər qismi isə
piyada olaraq
təhlükəli zonalardan çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər, şəxsiyyəti təsdiq edən vəsiqə
və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda
göstərilən vəzifəli şəxslər qəbul edirlər:
– müharibə dövründə – Müdafiə Nazirinin,
yaxud müvafiq ərazi icra
hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya
Baş Naziri;
–
sülh dövründə – ərazisində fövqəladə hadisə baş vermiş şəhərin
(rayonun) icra hakimiyyəti başçısı, bu barədə dərhal Azərbaycan Respublikasının
Prezidentinə və Baş Nazirə məlumat verməklə.
Dostları ilə paylaş: