Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Qapalı zədələnmələr və əzilmə hallarında ilk tibbi yardım



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə88/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   84   85   86   87   88   89   90   91   ...   97
Mülki müdafiə-converted

Qapalı zədələnmələr və əzilmə hallarında ilk tibbi yardım 
Qapalı zədələnmələr əsasən, dəri səthinin bütövlüyü pozulmadan bədənin dərialtı 
toxumalarının və daxili orqanlarının əzilməsindən, beyin silkələnməsindən, orqaniz-
min ümumi kontuziyasından, oynaq bağlarının sərpməsindən, çıxıqlardan və s. 
ibarətdir.
Əzilmə zamanı bədənin səthindəki toxumalar və daxili orqanlar zədələnə bilər. 
Bədənin səthində yumşaq toxumalar əzilərkən ağrı, şiş və qançırolma halları baş 
verir. Bunlar əzilmənin əsas əlamətləridir. Belə hallarda ilk tibbi yardım göstərərkən 
sıxıcı sarğı qoyur, buzdan istifadə edir, əzilmiş yeri rahat vəziyyətdə saxlayırlar.
Döş qəfəsinin və qarın nahiyəsinin güclü əzilməsi zamanı daxili orqanlar: 
ağciyərlər, qaraciyər, dalaq və böyrəklər zədələnə bilər. Bu orqanlar zədələnərkən, 
ağrılar və çox vaxt daxili qanaxma baş verir. Əzilən yerə buz qoymaq və belə 
adamları dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır. 


Güçlü qəzalar və zəlzələ zamanı insanlar uçqun altında qala bilərlər. Bədənin 
müxtəlif hissələrinin yumşaq toxumaları, qollar və qıçlar uzun müddət sıxılmış halda 
qalarkən əzilmə adlanan çox ağır zədələnmə meydana çıxa bilər. İlk tibbi yardım 
göstərərkən yaranın üzərinə steril sarğı qoyurlar. Əgər adamın ağır zədələnmiş 
ətrafları (qol-qıç) soyuyubsa və ya göyəribsə, əzilmiş yerdən yuxarıda turna qoyurlar. 
Bu, əzilmiş yumşaq toxumalarda əmələ qələn zəhərli maddələrin qan dövranına 
keçməsinin qarşısını alır.
Ətraflar soyumayan və çox ağır zədələnməyən hallarda onlara sıxıcı bint 
sarğısı qoyurlar. Turna və ya sıxıcı sarğı qoyandan sonra şpris – tübik vasitəsiylə 
ağrıkəsən dərman vururlar. Zədələnmiş ətrafları, sınıq olmayan hallarda belə, şindən 
və ya əlaltı vasitələrdən istifadə etməklə tərpənməz vəziyyətə salırlar 
(immobilizasiya edirlər).
Yaralıya qaynar çay, qəhvə, hər dəfə 2-4 q (sutkada 20-40 q) xörək sodası qatılmış 
çoxlu su içirtmək lazımdır. Soda sidiyin qələviləşməsinə, zəhərli maddələrin 
orqanizmdən kənar olunmasına kömək edir.
Əzilmə zədələnməsi olan yaralıları xərəkdə ehtiyatla tibb müəssisəsinə aparırlar.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin