Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə85/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   81   82   83   84   85   86   87   88   ...   97
Mülki müdafiə-converted

Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin 
xüsusiyyətləri 
Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, prinsipləri və ümumi qaydaları 
bütün xəsarət ocaqlarında eyni cürdür. İşlərin məzmunu, xüsusiyyətləri və ardıcıllığı 
isə xəsərət ocaqlarını yaradan amillərin növündən və oradakı konkret şəraitdən asılı 
olur. 
Düşmənin zəhərləyici və bakterial maddələr işlətməsi nəticəsində törəyən kimyəvi 
zəhərlənmə, yaxud bakterial yoluxma ocaqlarında adətən dağıntılar və yanğınlar baş 
vermir. Burada xilasetmə işləri – zədəlilərə ilk yardım göstərib tibb məntəqəsinə 
köçürməkdən, yoluxma ocaqlarının hündudlarını müəyyənləşdirib çəpərləməkdən 
(giriş-çıxışı məhdudlaşdırmaq üçün), ərazini, avadanlığı zərərsizləşdirmək və 
adamları sanitar təmizlənmədən keçirməkdən ibarətdir. 
Kimyəvi zəhərlənmə ocağında işləyəcək dəstələrin şəxsi heyəti əleyhqazlar
mühafizə paltarları, fərdi kimyəvi paket və antidotlarla təchiz edilməli və bu 
vasitələrdən dəqiq istifadə qaydaları onlara öyrədilməlidir. 
Zəhərlənmə ocağına kimyəvi kəşfiyyat bölmələrinin ardınca adətən sanitar 
drujinaları, radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə və zərərsizləşdirmə 
dəstələri, həmçinin ictimai asayişi mühafizə bölmələri göndərilir. Mühəndis-
zərərsizləşdirmə dəstələri insanların zəhərlənmiş səhələrdən çıxarılması üçün yolları, 
keçidləri təmizləyir; asayişin mühafizə bölmələri müvafiq qayda-qanunların 
gözlənilməsini təmin edir; sanitar drujinaların üzvləri zədəlilərə yardım göstərir, 
əleyhqaz geydirir, zəhər əleyhinə dərman verir, onları zədələnmənin ağırlığına görə 
qruplaşdırıb tibb müəssisələrinə aparırlar. Bundan sonra zəhərlənməyə məruz qalmış 
ərazi, qurğular, texnika və avadanlıq deqazasiya edilir və dəstələrin şəxsi heyəti 
xüsusi təmizləmə məntəqələrində tam sanitar təmizlənməsindən keçirilir. 
Yoluxma ocağında görülən əsas tədbirlər bunlardır: 
– 
bakterioloji yoluxmanı törədən bakterial vasitələrin müəyyən edilməsi; 
– müvafiq orqanların göstərişi ilə karantin və observasiya rejimlərinin tətbiq 
edilməsi; 
– 
ərzağın, suyun yoluxmasına nəzarət və onların zərərsizləşdirilməsi; 
– epidemiya əleyhinə tədbirlərin, sanitariya-gigiyena, xüsusi müalicə-
profilaktika və köçürmə tədbirlərinin həyata keçirilməsi; 
– 
əhali arasında sanitariya qaydaları ilə bağlı geniş izahat işlərinin aparılması. 
Yoluxma baş vermiş rayonda, ancaq sonuncu xəstənin sağalmasından və 
xəstəliyin gizli inkişaf dövrünə bərabər bir müddət keçdikdə sonra yoluxma ocağı 
ləğv olunmuş hesab edilir. 
Güclü təsirli zəhərli maddələrin törətdiyi zəhərlənmə ocağında da dağıntılar, 
yanğınlar ola bilər, çünki bu maddələrin ətrafa axması adətən istehsalat qəzaları 
nəticəsində texnoloji avadanlıqlar sıradan çıxarkən baş verir. Belə hallarda xilasetmə 
işlərini aparmaq üçün daha çox yanğınsöndürmə qüvvə və vasitələrini, zəhərli 
buludun yayılmasını məhdudlaşdıran xüsusi texnika və avadanlıqları, eləcə də, 
texnoloji xətləri bağlamağı və neytrallaşdırıcı maddələrlə işləməyi bacaran heyətləri 
cəlb etmək lazım gəlir. Bütün bu heyətlər əleyhqazlarla, ya da müxtəlif markalı 
xüsusi sənaye əleyhqazları ilə təchiz edilməlidir. 


Xilasetmə işləri aparılarkən əsas səylər zədələnmiş insanlara tibbi yardım 
göstərilməsinə, onların təhlükəsiz sahələrə çıxarılmasına, həmçinin yanğınların, qəza 
yerlərinin məhdudlaşdırılmasına yönəldilir. Qəzaların məhdudlaşdırılması işlərinə 
əsasən mütəxəssislər və bu sahənin texnologiyasını yaxşı bilən müvafiq rəislər 
rəhbərlik etməlidirlər. 
Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən aşağıdakı təhlükəsizlik 
qaydalarına ciddi riayət edilməlidir: 
- xilasetmə işləri aparılan sahələrdə işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin 
qalmasına icazə verilmir; 
- icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən 
zədələnmə qorxusu olan sahələri işarələmək, iş vaxtı divarların uçulması təhlükəsi 
olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya dayaqlarla bərkidib təhlükəsiz 
vəziyyətə gətirmək lazimdır; 
- bir binanın müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir; 
- zədələnmiş binalara, ehtiyac olmadan xüsusən də tək başına girmək məsləhət 
görülmür; 
- qaz dolmuş binalarda xilasetmə işləri aparılarkən kibritdən və digər açıq alovdan 
istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə salmaq olmaz, işə 
başlamazdan əvvəl qaz dolmuş binalar küləyə verilməklə qazdan təmizlənməli
lazımi hallarda yalnız 12 voltluq akkumulyator-əl fənərlərindən istifadə olunmalı, 
qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər 
işlədilməlidir; 
- elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcək və çəkmələr geyəndən sonra 
aparılmalıdır, mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enerjisini 
kəsmək lazımdır; 
- zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır, 
burada icazəsiz əleyhqazı çıxarmaq, siqaret çəkmək, su içmək, çörək yemək 
olmaz; 
- radioaktiv zəhərlənmə sahələrində işləyən şəxslərin şüalanma dozalarına ciddi 
nəzarət edilməlidir; 
- deqazasiya və dezaktivasiya işləri, fərdi mühafizə vasitələri çıxarılmadan müəyyən 
olunmuş yerlərdə yerinə yetirilməlidir. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin