artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü, orta və zəif
dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da oradakı bina və qurğuların
zədələnməsinin xarakterinə görə, nüvə zədələnməsi ocağı ilə müqayisə etmək
mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman
əsas meyar olaraq zərbə
dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.
Məlum olduğu kimi, 4 ballıq zəlzələnin gücü trotil ekvivalenti 5 ton olan nüvə döyüş
sursatının; 5 ballıq zəlzələninki – 200 ton; 5,5 bal – 1000 ton; 8,5 ballı zəlzələninki
isə trotil ekvivalenti təxminən 32 milyon ton olan nüvə sursatının gücünə bərabərdir.
9 baldan güclü zəlzələ, eləcə də 1 kq/ sm
2
-dən artıq izafi təzyiqə malik zərbə dalğası
isə tam və güclü dağıntılar zonası yaradır.
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın olur ki, onun məhvedici nəticələri
nüvə partlayışının zərbə dalğasında olduğu kimidir. Lakin onların arasında fərqlər də
vardır. Zəlzələ zamanı işıq şüalanması, nüfuzedici radiasiya, ərazinin radioaktiv
çirklənməsi və elektromaqnit impulsu mövcud olmur; uçulan binaların qırıntılarını və
daş-kəsəyi uzaqlara aparan qüvvə meydana çıxmır, bunun
sayəsində binalardan bir
qədər uzaqda olan insanlar zədələnmələrə məruz qalmırlar. Zəlzələ yerində dağılan
tikililər kənara atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır, nəticədə
onların sahəsi nüvə zədələnmə ocağındakına nisbətən az olur. Bu zaman küçələr
uçqun qalaqları ilə tutulmur, orada nəqliyyat vasitələri və xilasetmə işlərinə cəlb
edilən digər texnika hərəkət edə bilir.
Bütün bu oxşarlıq və fərqlər zədələnmə ocaqlarında aparılan
xilasetmə və digər
təxirəsalınmaz işlərin nəinki növlərini, həcmini və ardıcıllığını, eləcə də onların
təşkili və icrası qaydalarını da müəyyən edir.
Dostları ilə paylaş: