Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Zədə (travma) şoku və şok əleyhinə tədbirlər



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə90/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   86   87   88   89   90   91   92   93   ...   97
Mülki müdafiə-converted

Zədə (travma) şoku və şok əleyhinə tədbirlər 
Zədə (travma) şoku ağır zədələnmələrin, o cümlədən də müxtəlif sınıqların həyat 
üçün təhlükəli olan ağırlaşmasıdır. Bu hal, mərkəzi sinir sistemi fəaliyyətinin, qan 
dövranının, maddələr mübadiləsinin və orqanizmin həyat üçün vacib olan digər 
fəaliyyət növlərinin pozulması ilə xarakterizə olunur. 
Şokun səbəbi – orqanizmin bir dəfə və ya təkrarən ağır zədələnməsi ola bilər. Çoxlu 
qan itirildikdə, qış vaxtı isə yaralanmadan sonra soyuqdəymə hallarında şok xüsusən 
tez baş verir. 
Şokun qarşısını almaq üçün görülən əsas tədbirlər – zədələnmə nəticəsində törəyən 
ağrıları kəsmək və ya azaltmaq, qanaxmanı dayandırmaq, yaralının soyuqlamasına 
yol verməmək və ilk tibbi yardım tədbirini çox ehtiyatla icra etməkdən ibarətdir. 
Ağrıkəsən dərman olmadıqda şok halındakı yaralıya, əgər onun qarnını dəlib keçən 
yara yoxdursa, bir qədər şərab, isti çay və ya qəhvə içirtmək olar. Sonra yaralının 
üstünü ədyalla örtür və onu xərəkdə ehtiyatla tibb müəssisəsinə aparırlar. 
Yanıqlar zamanı ilk tibbi yardım 
Yanıqların baş verməsi səbəbləri. Yanıqlar yüksək temperaturun, habelə müxtəlif 
kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Xüsusən nüvə zədələnməsi 
ocaqlarında yanığa məruz qalmış yaralıların sayı daha çox ola bilər. Burada şox vaxt 
yanıqlar travmalarla və radiasiya zədələnmələri ilə birlikdə baş verir. 
İşıq şüalanmasının, alovun, qaynar suyun və buxarın təsirindən baş verən yanıqlar 
termik yanıqlar adlanır. Dərinin səthinə və selikli qişalara qatı turşuların və qələvi 
maddələrin təsiri nəticəsində kimyəvi yanıqlar baş verir. Turşular və qələvi 
maddələr nəinki düşdüyü yeri zadələyir, həm də orqanizmin ümumi zədələnməsinə 
səbəb olur. Napalm və digər yandırıcı maddələrin törətdiyi yanıqlar daha təhlükəlidir. 
Napalm bədənin dəri səthinə və paltara yapışaraq yanmaqda davam edir, nəticədə 
həm dərinin səthi, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin 
yanıqlar törədir. 
Dərinin səthinə və selekli qişalara radioaktiv maddələr düşüb orada uzun müddət 
qaldıqda radiasiya yanıqları meydana çıxır. Termik, kimyəvi və radiasiya 
yanıqlarının ağırlıq dərəcəsi nəinki toxumaların zədələnmə dərinliyindən, həm də 
yanıq baş vermiş səthin sahəsindən asılı olur. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin