Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə83/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   79   80   81   82   83   84   85   86   ...   97
Mülki müdafiə-converted

Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları 
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin 
təşkili, mülki müdafiəni idarə etmək prosesinin tərkib hissəsidir. Bu işlər dinc və ya 
müharibə dövrlərində fəaliyyət üçün əvvəlcədən tərtib olunmuş müvafiq mülki 
müdafiə planları əsasında təşkil edilir. Bu planlarda xilasetmə işlərinin təşkili üzrə 
bütün tədbirlər – MM qüvvə və vasitələrinin hazır vəziyyətə gətirilməsi, 
qruplaşdırılması, dəstələrin iş yerlərinə çatdırılması, onların fəaliyyətinin hərtərəfli 
təminatı və digər məsələlər öz əksini tapır. Bunların həlli qaydaları, eləcə də 
tədbirlərin həyata keçirilməsinə başçılıq etmək üçün MM rəhbərinin, qərargahın və 
dəstə komandirinin fəaliyyət qaydaları demək olar ki, bütün hallarda eynidir.
Bütün xəsarət ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq və 
onları hər cür şəraitdə (gecə-gündüz, yayda-qışda), bütün işlər sona çatanadək 
fasiləsiz davam etdirmək lazımdır. Bu isə MM rəhbərindən, qərargahdan və xilasetmə 
dəstələrindən böyük mütəşəkkillik, şəxsi heyətdən isə yüksək mənəvi-psixoloji 
dəyanət, fiziki dözüm və bütün qüvvələrin səfərbər olunmasını tələb edir. 
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən rəhbər, yaranmış vəziyyəti şəxsən 
öyrənir, insanları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təyin edir, 
dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir. 
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb 
tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış sığınacaqların, 
daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər sahələrə) aparırlar. Xilasedici 


dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika (buldozer, avtokran və 
s.), həmçinin sanitar drujinaları verilir və kommunal-energetika qurğularında qəzaları 
aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən 
və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin