Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mühafizə qurğularının saxlanılması qaydaları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə77/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   73   74   75   76   77   78   79   80   ...   97
Mülki müdafiə-converted

Mühafizə qurğularının saxlanılması qaydaları 
Sığınacaq və daldalanacaqların saxlanmasına cavabdeh olan müəssisə və idarə 
rəhbərləri sığınacaq və daldalanacaqlara xidmət etmək üçün manqalar yaradırlar. 
Hər bir qurğu üçün 7-9 nəfərdən ibarət bir manqa təşkil edilir. Adətən, manqanın 
komandiri sığınacağın komendantı sayılır. 
Komendant manqanın şəxsi heyəti ilə birlikdə sığınacağın kipliyinin 
yoxlanmasında iştirak edir, əhalini qəbul etmək üçün sığınacağın həmişə hazır 
vəziyyətdə saxlanmasını təmin edir, habelə buradakı bütün avadanlığın qorunub 
saxlanmasına və saz olmasına məsuliyyət daşıyır. 
Manqa, müəyyən olunmuş siqnal üzrə dərhal sığınacağa gəlir, komendant 
adamların qəbul olunması üçün sığınacaqların qapılarını açır və postlar təşkil edir. 
1№-li post (üçnövbəli, gecə-gündüz növbə çəkən). 
Sığınacağın giriş yolu üzərində qoyulur. Növbətçilər qapıları açır, adamlar içəri 
keçərkən qayda-qanuna riayət olunmasına nəzarət edir, sığınacaq adamla dolduqdan 
sonra və ya «Mühafizə qurğularını bağlayın!» siqnalı üzrə qapıları bağlayır və özləri 
içəridə qapıların yanında dururlar. Qapının çöl tərəfinə «Sığınacaq doludur!» elanı 
asılır və ən yaxındakı sığınacaqların ünvanı göstərilir. 
2№-li post (üçnövbəli, gecə-gündüz növbə çəkən). 
Süzücü-ventilyasiya aqreqatını işə hazırlamağa, işə qoşmağa və onun işini 
tənzimləməyə, kipliyin vəziyyətinə nəzarət etməyə, qəza işıq vasitələrini yoxlamağa, 
qəza hava aparıcı boruların qoruyucu klapanlarını bağlamağa və ya açmağa 
borcludur. 
Qəza baş verdikdə və ya sığınacaq zədələndikdə manqanın şəxsi heyəti onun 
aradan qaldırılmasında iştirak edir, habelə zərər çəkmiş adamlara ilk yardım göstərir. 
Adamların qəbulu üçün mühafizə qurğusunun hazır vəziyyətə gətirilməsi qaydası 
Mühafizə qurğusu hazırlanarkən aşağıdakı işlər görülməlidir: 
- mühafizə qurğusuna giriş yollarının qarşısı yığışdırılıb təmizlənir və «Giriş» 
işıq göstəriciləri qoyulur; 
- mühafizə qurğusundakı otaqlardan kənar əşyalar, materiallar və digər 
avadanlıqlar çıxarılıb otaqlar boşaldılır; 


- otaqlara adamların yerləşdirilməsi üçün oturacaqlar və taxtlar qoyulur; 
- mühafizə qurğusunun texniki şəbəkələri və avadanlığı hazır vəziyyətə gətirilir; 
- qoruyucu qapıların hermetikliyi yoxlanılır; 
- süzücü-ventilyasiya sisteminin, isitmə, su, kanalizasiya, elektrik şəbəkələrinin, 
sazlığı yoxlanılır; 
- mühafizə qurğusunun ümumi hermetikliyi yoxlanılır; 
- sanitariya qovşağı açılır; 
- su ehtiyatlarının olduğu yoxlanılır, su şəbəkəsi ümumi su kəmərinə qoşulur
otaqlara içməli su çənləri qoyulur; 
- mühafizə qurğusunda telefon, radioreproduktorlar qoyulur və ümumi şəbəkəyə 
qoşulur; 
- mühafizə qurğusunda lazımi cihazlar və alətlər ehtiyatı yaradılır; 
- mühafizə qurğusundakı otaqların havası dəyişdirildikdən sonra giriş və çıxış 
qapıları bağlanır və mühafizə qurğusunda xidmət manqalarının fasiləsiz 
növbətçiliyi təşkil edilir; 
- «Hava həyəcanı» siqnalı üzrə mühafizə qurğusunun hansı otaqlarında kimlərin 
daldalanacağı, adamların mühafizə qurğusunda yerləşməsi və orada davranış 
qaydaları dəqiqləşdirilir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin